Loading...
Loading...
Ulduz falı

Hansı BÜRCLƏR avtomobil idarə edərkən qaydalara məhəl qoymur?

“İnsanların əsl simasını görmək istəyirsinizsə, onu avtomobil sürərkən görün”.

Bu fikirlər heç də boşuna deyilməyib. Çünki gündəlik həyatlarında olduqca sakit olan insanlar belə sükan arxasında saniyələr içində özündən çıxa bilir.

24saat bizim.media-ya istinadən xəbər verir ki, insanların sürücülük keyfiyyətləri bürclərlə birbaşa bağlıdır.

Bürclərin avtomobil idarəetmə xüsusiyyətlərini təqdim edirik:

Qoç

Yollarda başqa bir sürücünün onu ötməsinə çox aqressiv reaksiya verir. Qoç avtomobili sürətlə idarə etməyi sevir. Onun refleksləri çox yaxşıdır. Avtomobil sürərkən qoç adamını narahat etməyin, yoxsa təhlükəli manevrlərə şahidlik edə bilərsiniz.

Buğa

Buğa bürcü insanları, ümumiyyətlə, sakit insanlardır. Amma o, yola çıxanda hər şey dəyişir. Onların sükan arxasında davranışlarında intiqamçı və macəraçı xüsusiyyətləri ortaya çıxmağa başlayır.

Əkizlər

Onlar hər yaşda gənc və uşaq qalmağı bacarır. O, macəradan zövq alır və hər şeylə çox maraqlanır. Maşın sürərkən əsəbi və səbirsizdir.

Xərçəng

Xərçənglər təmkinli və ehtiyatlıdırlar. Sükan arxasında da vasvasılıq edirlər. Onlar yol hərəkəti qaydalarına əməl etməkdə diqqətlidirlər və kimsə səhv edəndə çox əsəbiləşirlər. Onlar heç vaxt təhlükəsizlik kəməri taxmadan çölə çıxmırlar.

Şir

Sürərkən özünə çox arxayındır. O, demək olar ki, heç vaxt səhv etmir, çünki o, acınacaqlı hadisələr qarşısında soyuqqanlı olmağı bacarır.

Qız

O, avtomobil sürərkən də həyatının bir parçası olan vasvasılığı göstərir. O, qaydalara diqqətlə yanaşır. Ancaq səhərlər əsəbi olur, maşın sürərkən daha da aqressiv davranır.  

Tərəzi

Nəqliyyatda son dərəcə nəzakətli olsalar da, çox qətiyyətsiz davranışlar sərgiləyirlər. Daim başqa maşınlara baxırlar. Avtomobil sürmək onlar üçün qətiyyən xoş bir iş deyil.

Əqrəb

Səhvləri bağışlamayan və ötmək üçün fürsətlər axtaran bir xarakterə malikdir. Sakit görünsələr də, səhvlə qarşılaşanda qışqırmaqdan çəkinmirlər.

Oxatan

Oxatan macəraları sevir. Özünü çox yaxşı tanıyır, sürücülük bacarıqlarından xəbərdardır. Trafikdə qorxmazdır. O, yol hərəkəti qaydalarına əməl edir, digər sürücülərə hörmətlə yanaşır.

Oğlaq

Oğlaq hökmdar olmaq üçün yaradılmışdır. Təşkilatçılıq qabiliyyəti güclüdür. O, reflekslərinə, sürətinə, avtomobilinə hakimdir. O, yaxşı sürücüdür.

Dolça

Dolçalar həyatlarında olduğu kimi yol hərəkəti qaydalarına da məhəl qoymurlar. Yollarda digər sürücülərə hörmətlə yanaşmırlar. 

Balıq

Xəyalpərəst və romantik balıqlar yol hərəkəti qaydalarına bağlıdırlar. Lakin diqqətləri tez yayındığı üçün təhlükəli vəziyyətlər yarada bilərlər. 

24saat

Ulduz falı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button