2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Ulduz falı

Hansı bürclər ACGÖZDÜR? – Pulu həyatı qədər sevənlərin SİYAHISI

24saat bizim media-ya istinadən xəbər verir ki, pul deyəndə hər kəs fərqli düşünür. Kimisi pul yığmaq qabiliyyəti ilə hər kəsi heyrətləndirir, kimisi də ha çalışsa da, əlində heç nə qalmır. Bəs bürclər pulla necə rəftar edir?

QOÇ

Saytların yığılması Saytlarin yigilmasi

Qoç öz həyatı ilə qumar oynayacaq qədər riski sevir. Təşəbbüskar olduğu üçün yeni investisiyalar qoymaq, riskli yollardan pul qazanmaq onun özünə inamını inkişaf etdirir. Kiçik də olsa, öz işini qurmaq, müdir mövqeyinə qalxmaq, azadlığını qorumaq istəyi üçün daim yenilik axtarır.

BUĞA

Buğa maliyyə mövzularında olduqca tədbirli, səbrli və planlıdır. Bütün bürclərin içində həyatına davam etmək üçün lazımlı qaynaqları təyin etməsi ilə tanınır. Təcrübəsi olmayan buğa özünü etibarsız hiss üçün əvvəl ruhi, sonra da fiziki olaraq sağlamlıq problemləri yaşaya bilər. Borc almaqdan xoşu gəlməyən buğa özündən borc istənəndə də narahat olur.

ƏKİZLƏR

Əkizlər həyatın digər sahələrində olduğu kimi pul mövzusunda da uzun müddət düşünməyi sevmir. Lakin adaptasiya qabiliyyəti və dözümlülüyü çox yüksək olduğu üçün dəyişən maliyyə vəziyyətlərə da tez uyğunlaşır. Əslində rəqəmlərlə arası yaxşıdır, hətta istsələr büdcələrinə son dərəcə yaxşı nəzarət edə bilərlər.

XƏRÇƏNG

Su bürcü olan xərçəngin hissləri və instinktləri güclü olduğu üçün iqtisadi trendləri, dəyişikləri əvvəldən hiss edir. Əsasən dəstəyə ehtiyacı varmış kimi görünsə də, təhlükəsizliyinə çox düşkündür. Maliyyə mövzularda da olduqca diqqətlidir. Həyatının maliyyə sahəsində hər zaman müvəffəqiyyətli olur.

ŞİR

Lüks həyatı sevən şirlər üçün pul yığmaq qeyri-mümkündür. Lakin gücü çox sevən şir pulu da güc vasitəsi kimi qəbul edir. Möhtac vəziyyətə düşməyə nifrət edir.

QIZ

Şirlərdən fərqli olaraq qız riskə getməkən çəkinir. İşi həyatın məqsədi hesab edən qız detalları görərək hərəkət etdiyi üçün möhkəm addımlar atmaqla yanılmır.

TƏRƏZİ

Bazarlıq etmədən heç nə almaq tərəzinin prinsipidr. Estetik dəyərləri olduqca qüvvətli olduğu üçün ümumiyyətlə, sonda həmişə ciddi mükafatlara layiq görülür.

ƏQRƏB

Qərarlı və dözümlü bürc olan əqrəb məqsədinə çatmaq üçün hər şeyi edir. Xüsusilə genişmiqyaslı maddi mövzularda, analitik qabiliyyəti və hisslərinin köməyilə müsbət addımlar atır və müvəffəqiyyət qazanır. Çətinliklərdən qorxmayan əqrəb əslində gözəl şeyləri sevir. Yaxşı ev, möhkəm və təhlükəsiz avtomobilə sahib olmaq, gözəl geyinmək onun həyati məqsədləri arasındadır.

OXATAN

Oxatan maliyyə sahəsində olduqca optimistdir. Varsa xərcləyir, yoxdursa, deməli, yoxdur. Oxatanlar böyük investisiyalar qoymağı, məbləğlərlə oynamağı sevir. Avtomatik olaraq riskləri də artır. Təhlükə son mərhələsinə gəlib çatanda yenə də özünü itirmir.

OĞLAQ

Ehtiyat etmək və tədbir görmək oğlaqlar üçün 1 nömrəli həyat qaydasıdır. Onların planlaşdırma, təşkilat və idarə qabiliyyətləri maliyyə sahəsində də özünü göstərir. Oğlaq həyatının maddi hədəflərini təyin etməyi və uzun illərlə ona çatmağı, inkişaf etməyi sevir. Səbrlə, mətanətlə, hədəflərinə çatmaq üçün dayanmadan işləyir.

DOLÇA

Pulla heç bir əlaqəsi olmayan bürclərdən biri də dolçalardır. Sadəcə özünə yeni telefon və ya bu kimi digər bir şeyə sahib olmaq və ya xeyirxahlıq etmək istəyəndə pul ağlına gəlir. Demokratiyaya və bərabər şərtlərə çox əhəmiyyət verdiyi üçün həyatı boyu əsla sərvətlər qazanmağa  məqsədi də olmur.

BALIQ

Anti-materialist olaraq tanınan balıq bürcü bəlkə də pulun varlığından belə xəbərsizdir. Həyatın reallıqlarından və tələblərindən asanlıqla uzaqlaşan balıq həyata davam etmək üçün pulun gücünə ehtiyac duymur. Və bu zaman qarışıq fikirlər içərisində qalır.

24saat

Ulduz falı

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button