2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Hansı ixtisası seçək ki, gələcəkdə işsiz qalmayaq?

Pandemiya dövrü əmək bazarında yeni ixtisaslara ehtiyac olduğunu göstərdi. 2021-ci ildə bütün idarəetmənin onlayn rejimə kəçməsi gələcəkdə bu istiqamətdə ixtisaslara daha çox ehtiyacın olacağını qaçılmaz edir.

Bunu açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, pandemiya və fövqəladə vəziyyətlərdə insanlar evdə qalır və bu dövrdə onlar həm işlərini görmək, həm də asudə vaxtlarını keçirmək üçün kompüter və oyunlara daha çox vaxt ayırırlar. Gələcəkdə ehtiyac duyulan ixtisaslardan biri məhz Kompüter oyunu dizaynı ixtisasıdır:

Saytların yığılması Saytlarin yigilmasi

“Bu sektorun iqtisadiyyatdakı payı 2010-cu ildə 55.5 milyard dollar idisə, 2021-ci ildə 92.4 milyard dollara çatması gözlənilir. Bu ixtisas üzrə təhsil alan məzunlar oyun istehsalı, inkişaf etdirməsi, dizaynı, sənəti, proqramlaşdırması, kompüter qrafikləri və insan-kompüter qarşılıqlı əlaqəsi sahələrində çalışır. Eyni zamanda oyun studiyalarında və memarlıqda, tibbdə, hüquqda və interaktiv simulyasiyadan istifadə edilən digər sektorlarda da işləyə bilirlər. Enerji, su, yemək və iqlimin əsrin problemlərini meydana gətirdiyi dövrümüzdə ekoloji işlər sahəsindəki proqramlar gedərək yayılır. Ekoloji işlər tələbələrin sağlamlıq, qida və kənd təsərrüfatı, enerji, bio-müxtəliflik, iqlim, tarix və mədəniyyət, torpaq istifadəsi və siyasət dərsləri arasından seçim etməsini tələb edən fənlərarası bir dərəcədir. Hazırda ABŞ-ın 35 ali təhsil müəssisəsi ekoloji işlərlə əlaqədar sahələrdən olan və bioloji sistemlərin müxtəlifliyini və məhsuldarlığını davam etdirməyə yönəlmiş davamlılıq sahəsində bakalavr dərəcəsi təklif edir”.

Ekspert bildirib ki, gələcəyin ixtisasları arasında səhiyyə informasiyası, informasiya təhlükəsizliyi, nanotexnologiya kimi prioritetlik qazanan sahələr də var:

“Pandemiya dövrü səhiyyə informasiyası və ya informasiya rəhbərliyi ixtisasına da zəruri tələbatın olduğunu göstərdi. Səhiyyəni sağlamlaşdırmaq və ödənişləri idarə etmək üçün məlumatın əldə olunması, idarə olunması və istifadə edilməsi sahəsində çalışacaq işçilərə böyük ehtiyac var. Qarşıdakı 5-7 il ərzində bu sahədə 50 mindən çox işçiyə ehtiyac olacağı proqnozlaşdırılır. Pandemiya dövründə bütün xidmətlərin onlayn formada həyata keçiilməsi İnformasiya təhlükəsizliyi və ya virtual təhlükəsizlik ixtisasına tələbatı zəruri edir. Virtual təhlükəsizlik və ya informasiya təhlükəsizliyi mövzularında iş tələbinin son on ildə 10 qat artdığı qedy edilir. Gələcəyin ehtiyac duyulan ixtisaslarından biri də nanotexnologiyadır. Bu yeni elm budağı bir metrin milyardda birindən başlayan mikroskopik dünyada maddələrdə ortaya çıxan fiziki, kimyəvi və bioloji xüsusiyyətlərdən bəhs edir. Nano vəsaitlər hal-hazırda qolf dəyənəklərinin, xizək vasitələrinin, avtomobil detallarının və dental implantların gücləndirilməsində istifadə edilir. Gələcəyin bina və körpülərinin daha yüngül və möhkəm olmasında da bu texnologiyadan istifadə olunması gözlənilir. 2015-ci ilə qədər qlobal miqyasda 2.4 trilyon dollarlıq payı olan nanotexnologiya sektorunun gələcəkdə 2 milyona yaxın insanı məşğulluqla təmin etməsi gözlənilir”.

trend

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button