Now Reading:
“Hansınız 52 manatla dolana bilərsiz” – Deputat həmkarlarına müracət etdi

Parlamentdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb. “Qafqazinfo” xəbər verir ki, layihə barədə məlumat verən Əmək və sosial siyasət komitəsin sədri Hadı Rəcəbli qeyd edib ki, birinci oxunuşdan sonra qanun layihəsinə xeyli dəyişikliklər edilib: “ Mən ikinci oxunuşda deputatları müzakirədə fəal olmağa çağırıram”.

 

Deputat Qüdrət Həsənquliyev bildirib ki, 2014-2018-ci illər əllilərin sosial müdafiəsi ilə bağlı proqramda göstərilib ki, 2018- ci ilin sonuna qədər 5731 şəxs mənzillə təmin olunmalıdır: “ İndi bizə nazir müavini Natiq Məmmədov məlumat versin ki, ilin bitməsinə 7 ay qalıb. Neçə nəfər əlil mənzillə təmin olunub? Halbuki 5731 nəfərin hamısı mənzillə təmin olunmalıdır. Onu da qeyd edim ki, ölkədə ümumlikdə 620 min əlil var. Onların da 72 mini 18 yaşına qədər olan yeniyetmələrdir”.

Deputat Musa Quliyev vətəndaşın əllilliklə bağlı verilən qərardan şikayət edə bilməməsi məsələsinə toxunub: “Elə şərait yaradılmalıdır ki, vətəndaşa birinci dəfə əlillik verilmirsə, onlara ikinci dəfə müraciət etmək hüququ verilməlidir. Təkrar müraciət hüququ üçün əlillərə imkan yaradılmalıdır. Həm də xəstəni görmədən əlillik təyin edilməsi məsələsi yanlışdır”.

Deputat Qənirə Paşayeva da əlillərin təkrar müraciət etmək hüququ probleminə toxunub.

Deputat Araz Əlizadə bildirib ki, qanunun əsas mahiyyəti əlillərə layiqli həyat verməkdir: “Deputat həmkarlarımdan soruşuram ki,hansınız 52 manatla dolana bilərsiz? Yəqin ki, heç biriniz. Ona görə bu qanun lirikadır. Əsas məsələ əlillərin müavinətlərinin artırılması olmalıdır”.

QR:  <?php the_title(); ?>

1 comment

  • 24saat

    Salam ! Mən belə bir məlumat oxumuşam ki, təqaüdə cixandan sonra 6 il fasiləsiz işləyən vətəndaşın təqaüdündə artım olmalıdır. Amma bu artım mənə şamil edilməyib. Bu barədə məlumat vermənizi xahiş edirəm. Məlumat ücün bildirirəm ki , 2006 – cı ilin iyun ayında təqaüdə cıxmışam və 2012 -ci ilin avqust ayına qədər işimi davam etdirmişəm.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.