2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Əli İnsanovun sədri olduğu Haqq Ədalət Partiyası qeydiyyata alınıb

Sabiq səhiyyə naziri Əli İnsanovun sədri olduğu Haqq Ədalət Partiyası oktyabrın 15-də dövlət qeydiyyatına alınıb.

Şəhadətnamə Mərkəzi İcra Aparatı rəhbəri Elşən Bayramlıya təqdim edilib

Bu barədə oktyabrın 21-də Əli İnsanov “Facebook” səhifəsində məlumat paylaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

Əli İnsanov partiyanın dövlət qeydiyyatına alınmasını təsdiq edən 1121-P1-0063 qeydiyyat nömrəli Şəhadətnamənin Mərkəzi İcra Aparatı rəhbəri Elşən Bayramlıya təqdim edildiyini qeyd edib.

Haqq Ədalət Partiyası təsis konfransı 2020-ci ilin yanvarın 25-də keçirib.

Partiyanın sədri Əli İnsanov 1993-2005-ci illərdə Azəbaycanın səhiyyə naziri olub. O, 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs ediləndən sonra 11 il azadlıqdan məhrum olunub.

2017-ci ildə cəza müddətinin başa çatmasına az qalmış ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb. Və ardınca 7 il 5 gün azadlıqdan məhrum edilib.

O, 2019-cu ilin 17 mart tarixində əfv sərəncamı ilə azadlığa buraxılıb.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button