2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Haqqınızın müdafiəsi üçün Milli Şuranın mitinqinə qatılın”

Müsəlman Birliyi Hərəkatının üzvü, Nardanar hadisələrində həbs edilən siyasi məhbus Abbas Hüseyn də Milli Şuranın 8 aprel mitinqində iştiraka çağıran müraciət göndərib. Yaxınlarının azadliq.info-ya göndərdiyi müraciətdə deyilir:

Əziz xalqım və dəyərli mübariz dostlarım! Bizlər qapalı həbsxana divarları arasında olsaq da, meydanlardakı mübarizə sədalarını eşitməkdəyik. Öncəliklə hər birinizi salamlayır, mübarizənizin, şücaətinizin qarşısında baş əyirəm. Şükürlər olsun ki, bu gün dindarlar və dünyəvilər arasında ölkədə demokratiya uğrunda mübarizəyə münasibətdə ayrıseçkilik yoxdur. Mübariz insanlar heç vaxt mübarizədən, bu yolda qarşıya çıxan çətinliklərdən qorxmurlar. Demokratik ideyalar uğrunda hər zaman meydandadırlar. Fərq etməz, həm dindar, həm də dünyəvi vətəndaşlarımızın firəvanlığı, rifahı üçün hər cür fədakarlıq etməyə hazırdırlar. Xəyanətkar rejim uzun illər boyunca hakimiyyətə olan tamahkarlığından əl çəkməyib, xalqa zülm edib, qanunları ayaqlar altına atıb. Əlbəttə ki, hər bir insanın bu cür züımlər qarşısında susmayıb etiraz etmək haqqı vardır. Məmurların dəbdəbəli həyatı, cəmiyyətin üz qarası olan hüquq mühafizə orqanlarının özbaşınalığı, məhkəmələrin sifarişli hökmlər çıxarması, günahsız insanlara amansız şəkildə işgəncələr verilməsi, efirdə şər-böhtanlı xəbərlər yayımlanması rejimin iç üzünü tanımaq üçün kifayət edir. Bu cəmiyyət hakimiyyətin ədalətsizliyinin, səriştəsizliyinin, vəhşiliyinin qurbanıdır. Əgər bizlər daim öz haqqımızı tələb etsək, heç kim həyatımızı, gələcəyimizi məhv edə bilməz.

Saytların yığılması Saytlarin yigilmasi

Xalqımızın azadlığı üçün gərək meydanlar boş qalmasın, kimsə qırağa çəkilməsin. Bu yolda hər kəs dəstəyini versin. Ən gözəl dəstək mübarizədir, mübarizə meydanlarında olmaqdır. Monarxiyanı yalnız bu silkələyə bilər. Bu rejimin qurbanları yalnız həbsxanadakı insanlar deyil. İstənilən sahədə haqqı tapdalanmış hər kəs bu rejimin qurbanıdır. Mübarizə meydanlarına eyni zamanda dostlarınızı, yaxınlarınızı, tanışlarınızı da çağırın. Hakimiyyət dərk etməlidir ki, heç bir qüvvə, qol gücü vaxtı gəlmiş, yetişmiş dirənişin qarşısında tab gətirə bilməz. Zaman-zaman ondan da qəddar rejimlər tarixin bataqlığına qərq olub getmişlər. Yalnız dirəniş özünüzün, övladlarınızın gələcəyini xilas edəcək.

Əziz dostlar! Hər birinizi Milli Şuranın 8 aprel mitinqinə hüquqlarınızın bərpasını, haqqınızın müdafiəsi üçün səsləyirəm. Gəlin, bu mübarək mübarizədə çiyin-çiyinə olaq!

Salam olsun haqqa dayaq olan insanlara! Salam olsun zülm qarşısında sınmayanlara!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button