2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

‘Harry Potter’in müəllifi Putinin ‘tərifini’ rədd etdi

Britaniya yazıçısı Putinin onun adından bu şəkildə istifadə etməsindən məmnun olmadığını bildirib

Saytların yığılması Saytlarin yigilmasi

Məşhur “Harry Potter” kitablarının müəllifi Coan K. Roulinq (J.K. Rowling) martın 25-də Rusiya prezidenti Vladimir Putinin Qərbi tənqid edərkən yazıçının barəsində dediyi sözləri rədd edib.

Britaniya yazıçısı Putinin onun adından bu şəkildə istifadə etməsindən məmnun olmadığını bildirib.

Putin iddia etmişdi ki, guya yazıçı “ləğv mədəniyyətini” (cancel culture) tənqid etdiyinə görə gözümçıxdıya salınıb.

Xanım Roulinq bu barədə özünün Twitter hesabından yazıb:

“Qərbin ləğv mədəniyyətinin tənqidi ilə, düşünürəm ki, hazırda müqavimət göstərdiklərinə görə dinc sakinləri öldürənlərin və ya siyasi opponentlərini həbsxanaya atan və ya zəhərləyənlərin məşğul olmaması daha yaxşıdır”.

Yazıçı postuna Rusiya müxalifətçisi Aleksey Navalnının fotosunu və “Mən Ukrayna ilə birlikdəyəm” heşteqini əlavə edib.

Putin mədəniyyət xadimləri ilə martın 25-də keçiridiyi videogörüşdə gileylənmişdi ki, son həftələrdə Qərbdə Rusiya mədəniyyəti ilə bağlı bir sıra tədbirlər ləğv olunub.

O əlavə etmişdi ki, guya Roulinqi də Qərbdə beləcə ləğv ediblər:

Bu yaxınlarda uşaq yazıçısı Coan Roulinqi də ləğv ediblər. Ona görə ki, bu dünya boyunca milyonlarla nüsxədə yayılan kitabların müəllifi, necə deyərlər, gender azadlıqları pərəstişkarının xətrinə dəyib”.

Putin bu çıxşşında daha sonra deyib:

“Bugün onlar minillik mədəniyyətimizi, xalqımızı ləğv etməyə çalışırlar. Mən Rusiya ilə bağlı olan hər şeyə qarşı tədrici diskriminasiyadan danışıram”.

Çaykovski təəssübü

Putinin keçirdiyi videokonfransda Sankt Peterburqdakı Mariinski teatrının baş direktoru Valeri Gergiyev də var idi.

Gergiyev Rusiyanın Ukraynaya müdaxiləsini tənqid etməkdən boyun qaçırdığına görə martın 1-də Münhen filarmoniyasının baş dirijorluğundan kənarlaşdırılıb və o artıq Milandakı La Skala teatrında dirijorluq edə bilməyəcək.

Bundan başqa İspaniyanın Teatro Real Opera evi və Londondakı Royal Opera House Rusiyanın Bolşoy teatrının tamaşalarını ləğv ediblər.

Kardif teatrı Pyotr Çaykovskinin konsertini öz repertuarından çıxarıb.

Putin bu barədə deyib:

“Məşhur ləğv mədəniyyəti – mədəniyyətin ləğvinə çevrilib. Çaykovski, Şostakoviç, Raxmaninov konsert afişalarından çıxarılıblar. Rusiya yazıçıları və onların kitabları qadağan olunub”.

O bildirib ki, Rusiya yazıçılarının kitablarının qadağan olunması bundan 90 il əvvəl nasist Almaniyasında baş verib.

24 saat” “
‘Harry Potter’in müəllifi Putinin ‘tərifini’ rədd etdi
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button