AZ24SAAT.ORG

Now Reading:
Hava iqlim normasına düşəcək – ETSN-dən AÇIQLAMA

İyulun 2-də Bakıda və Abşeron yarımadasında gözlənilən şimal küləyi temperaturun bir qədər aşağı enməsinə səbəb olacaq.

24saat.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən xəbər verir ki, iyulun 3-4-də yenidən kəskin istilər müşahidə ediləcək.

İyulun 5-dən 8-dək arabir güclənən şimal küləyi müsbət amil olacaq və havanın temperaturu iqlim norma göstəricilərinə yaxınlaşacaq.

Sabah Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir

Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 24-27° isti, gündüz 35-39° isti olacağı gözlənilir.

Abşeron yarımadasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) arabir güclənən şimal-qərb küləyi əsəcək və dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcək. Abşeron çimərliklərində davam edən anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında (11-dən 17-dək) günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

İyulun 2-də Naxçıvan Muxtar Respublikasında hava günəşli olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 38-43° isti təşkil edəcək. Yuxarı Qarabağ – Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava yağmursuz olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 27-32° isti təşkil edəcəyi proqnozlaşdırılır. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava günəşli olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26° isti, gündüz 36-41° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti təşkil edəcək.

Sabah Mərkəzi Aran – Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava günəşli olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27° isti, gündüz 38-43° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında da günəşli olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 18-22° isti, gündüz 29-34° isti təşkil edəcək.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.