Loading...
Loading...
Cəmiyyət

Hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

24saat.org Azərbaycanda gözlənilən hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə isinadən xəbər verir.

Mayın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-13, gündüz 20-25, Bakıda gecə 11-13, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, mayın 4-ü gündüz qərb rayonlarından başlayaraq mayın 6-sı gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı ehtimalı var.

Gözdən qaçırmayın:  Ukraynada əsir götürülən Əzizin ailəsi danışdı - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button