Xəbərlər

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

24saat.org hava proqnozunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir

Bakıda və Abşeron yarımadasında 

dekabrın 14-dən 15-nə keçən gecə bəzi yerlərdə yağışın arabir intensivləşəcəyi gözlənilir. Dekabrın 16-sı günün ikinci yarısından başlayaraq 17-si gündüzədək isə şimal-qərb küləyinin güclənməsi nəticəsində havanın temperaturunun aşağı enəcəyi, maksimal temperaturun 4-6 dərəcə isti təşkil edəcəyi, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, dekabrın 15-i gündüz, dekabrın 16-da əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Dekabrın 16-sı gündüz mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın maksimal temperaturunun 9-12° isti olacağı bildirilir.

Azərbaycanın rayonlarında

dekabrın 17-si günün ikinci yarısından 19-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Böyük və Kiçik Qafqaz bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə dumanlı olacağı gözlənilir. Lakin dekabrın 16-da axşam ayrı-ayrı yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda 5-10°, dağlıq rayonlarda 3-5° isti olacaq.

Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin dekabrın 16-sı gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun 8-12°, dağlıq rayonlarda 6-9° isti olacağı bildirilir.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Havanın maksimal temperaturunun 8-13° isti olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 6-11° isti olacağı ehtimalı var.

İlkin proqnozlara görə ayın ikinci yarısında artıq hava şəraiti əlverişsiz olacaq.

Ayın birinci yarısı ilə müqayisədə havanın temperaturu enəcək, yağıntılı və küləkli günlər daha tez-tez müşahidə olunacaq. Belə ki, ayın 16-da gündüz şimal küləyinin güclənməsi nəticəsində temperatur kəskin enərək dekabrın 17-də 4-6 dərəcə təşkil edəcək. Üçüncü ongünlükdə bəzi günlərdə yağıntının intensiv olacağı ehtimal edilir.

UMAYRA TAĞIYEVA
UMAYRA TAĞIYEVA

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Qış fəslində temperaturun çoxillik dəyişmələri və qış proqnozu” mövzusunda keçirilən mətbuat konfransında nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

Qış fəsli üçün BakıAbşeron yarımadasında havanın orta temperaturunun norma daxilində müsbət 3,2 dərəcə olduğunu bildirən U.Tağıyeva deyib: “Bizim regionda bu ilin qış fəslində havanın temperaturu iqlim norma göstəricilərdən 0,5-1,0 dərəcə yuxarı olacağı gözlənilir. Bu, o deməkdir ki, qışın şaxtalı keçməsi ehtimalı azdır. Əlbəttə ki, qış fəsli ərzində ayrı-ayrı dövrlərdə arktik hava kütlələri də daxil olacaq, temperatur enəcək. Amma bu dövrlərin çox davamlı olması pronozlaşdırılmır. Mülayim günlər soyuq və şaxtalı günlərlə müqayisədə üstünlük təşkil edəcək. Ölkənin relyefi və Xəzər dənizinin təsiri nəticəsində qış yumşaq keçir. Abşeron yarımadası üçün kəskin şaxtalar səciyyəvi deyil. Dekabr ayının birinci yarısında havanın temperaturu norma göstəriciləri ilə müqayisədə 2-3,3 dərəcə yüksək olub. Yağıntının miqdarı isə iqlim normasının cəmi 33-48 faizini təşkil edib”.

Onun sözlərinə görə, iqlim dəyişmələri tək birbaşa deyil, dolayı təsirlərlə də özünü büruzə verir:

“Dünyada aparılan son illərin meteoroloji tədqiqatlarına görə minimal və maksimal temperaturlarda yüksəlmə müşahidə edilir. Soyuq günlər sayı azalır, isti günlərin sayı isə artmaqda davam edir. Azərbaycanda çoxillik məlumatların təhlili göstərir ki, havanın minimal temperaturu dekabr ayında son onilliklərdə 1961-1990-cı illərlə müqayisədə 0,4 dərəcə enib, yanvar ayında 0,2 dərəcə artıb, fevral ayında isə 0,1 dərəcə enib. Dekabr ayında müşahidə olunan bu enmə isə yalnız bir-2002-ci ilin hesabında olub. 2002-ci ildə orta aylıq temperatur normadan 5,6 dərəcə aşağı olaraq bütün müşahidə sırasına görə ən soyuq dekabr ayı kimi tarixə düşüb. Həmin ilin nəticəsini nəzərə almasaq, dekabr ayında ümumi tendensiya müşahidə edilir. Soyuq hava dalğalarının sayında da azalma qeydə alınır”.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button