2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq

Azərbaycanda hava şəraitinin kəskin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edilib

24saat.org hava proqnozunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir

Bakıda və Abşeron yarımadasında

Noyabrın 30-da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Axşam isə şəhərətrafı ərazilərdə yağışın arabir sulu qarla yağması ehtimalı var. Güclü şimal-qərb küləyi noyabrın 29-dan 30-na keçən gecə arabir şiddətlənəcək, gündüz mülayimləşəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Havanın temperaturu Abşeron yarımadasında və Bakıda gecə və gündüz 4-7 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi 768 mm civə sütunundan 777 mm civə sütununa yüksələcək. Nisbi rütubət  70-80 faiz olacaq.

Noyabrın 30-u axşamdan dekabrın 02-si gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı,  yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi noyabrın 29-dan 30-na keçən gecə arabir şiddətlənəcək.

Azərbaycanın rayonlarında

Noyabrın 30-da bəzi yerlərdə arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək.

Noyabrın 30-dan dekabrın 02-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Havanın temperaturu gecə 5-7, gündüz  8-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  2-5 dərəcə isti  təşkil edəcək.

 

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button