2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Hazırladığı qurğu ilə evini qızdırır: Həm xərci, həm də qaz sərfiyyatı azdır – VİDEO

Hazırladığı qurğu ilə evi asanlıqla qızdırır. Həm xərci azdır, həm də qaz sərfiyyatı aşagıdır.

Xezerxeber.az məlumat verir ki, Göyçayın Birinci Ərəb kənd sakini Qismət Babayev qazla işləyən tez qızdırıcını kombiyə çevirib. Əsl peşəsi dizayner olan Qismət Babayev bu ideya üzərində günlərlə vaxt apararaq buna nail olub. Məqsədi kombiyə sərf edəcəyi vəsaitlə yanaşı enerji xərcini də azaltmaqdır.
Qismət Babayev deyir ki, qızdırıcı işlək vəziyyətdə olarkən qazın təzyiqinin azalması sistemə təsir etmir.
İxtira etdiyi kombi təhlükəsizlik baxımından da qorxusuzdur. tək şərt açıq havada quraşdırmaqdır.
Gerçək kombi ilə müqayisədə bu qurğu həm qiymət baxımından, həm də qaz sərfiyyatı baxımından sərfəlidir. Hətta normal kombidən 2 qat az qaz sərf edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button