2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

“Heç kim Azərbaycana gəlmək istəməyəcək” – AZAL-ın qiymətlərinə etiraz

Son vaxtlar aviabiletlərin qiyməti yenidən artıb. Xüsusilə, qonşu Türkiyə, Gürcüstan və Rusiyaya təyyarə ilə gediş-gəliş olduqca bahadır. Buna quru sərhədlərin bağlı olması, uçuş istiqamətlərinə məhdudiyyətlər və s. də təsir edir.

Məsələ ilə bağlı açıqlama verən “New ERA Group”un rəhbəri, turizm eksperti Elçin Rüstəmov deyib ki, ölkəmizdə turizmin inkişafının qarşısında duran üç əsas problemdən biri sırf aviabiletlərin qiymətinin çox yüksək olmasıdır:

“Təəssüf ki, bununla bağlı hər hansı tədbir görülmür. Biz Orta Şərq və ərəb bazarı ilə də işləyirik. Oradan gələnlər də qiymətlərin çox yüksək olmasından şikayətlənirlər. Bildirirlər ki, bizdə təyyarə biletlərinin qiyməti Gürcüstana gedib istirahət etmək və geri qayıtmaq xərcinə bərabərdir. Belə olan təqdirdə heç kim Azərbaycana gəlmək istəməyəcək. Qiymətlərin endirilməsi ilə bağlı dəfələrlə müraciətlər olunsa da, hələ ki real nəticə yoxdur”.

Saytların yığılması Saytlarin yigilmasi

Ekspert aviabiletlərin qiymətlərinə nəzarətin vacibliyini qeyd edib:

“Biletlərin qiymətinə nəzarət edən qurum “Azərbaycan Hava Yolları”dır. Düzdür, sonra qiymətlərə nəzarət edən Tarif Şurası yaradılıb. Amma bu qurumun yaradılmasından sonra da təəssüf ki, yalnız qiymət artımını gördük. Azərbaycanın turizm hədəfi Avropa və ərəb bazarıdır. Turizm marşrutlarının açılmasının tərəfdarıyıq ki, Avropadan birbaşa Azərbaycana turistlər gəlsin”.

E.Rüstəmov əlavə edib ki, turistlər Gürcüstana 30-50 avroya təyyarə ilə gələ bilirlərsə, Azərbaycana bu, ən azı 300 avroya başa gəlir:

“Aviabiletlərin qiyməti ölkədə bahalığı göstərən amillərdən biri kimi qiymətləndirildiyi üçün bu da ölkəmizin turizm potensialına mənfi təsir edir. Çünki təkcə təyyarə biletinin qiymətinin yüksək olması ölkənin özündə qiymətlərin yuxarı olmasından xəbər verir. Halbuki Azərbaycanda qiymətlər Gürcüstanla müqayisədə o qədər də yüksək deyil, demək olar ki, indi eyni səviyyədədir. Ancaq bunu dəyərləndirmə təyyarə biletləri üzərindən olduğu üçün belə yanlış fikirlər yarana bilir”. (Bakupost.az)

“24 saat ““Heç kim Azərbaycana gəlmək istəməyəcək” – AZAL-ın qiymətlərinə etiraz” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button