Now Reading:
“Heç olmasa, gəlib səs versinlər”

Deputatların iclas zalını yarımçıq tərk edrək çay içməyə getmələri Oqtay Əsədovun narazılığına səbəb olub

Milli Məclisin  iclasında “Peşə təhsili haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı səsvermədə yetərsay olmayıb.

24saat.org xəbər verir ki, iclas zalında deputatların sayının az olması səbəbindən səsvermənin keçirilməsi mümkün olmayıb. “Qeydiyyatdan keçəndə 97 nəfər idilər. Səsvermə zamanı zalda cəmi 78 deputat var. Haradadır bunların qalanı? İclas bitməmiş boğazları quruyub ki, çaya qaçıblar? Çağırın, gəlib səs versinlər heç olmasa” – deyə spiker Oqtay Əsədov narazılığını  bildirib.

Bundan sonra deputatlar zala qayıdıb və yenidən səsvermə ilə layihə qəbul edilib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.