2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya xəbərləriXəbərlərYerli biznes xəbərləri

“Hesab.az”ın aid olduğu şirkət 2 mln. üzərində mənfəət əldə edib

Azərbaycanda onlayn ödəmələr bazarında fəaliyyətdə olan “Hesab.az” platformasının sahibi “QoldenPey” ASC və ya “GoldenPay” 2022-ci ildə 2 mln. 147.5 min manat xalis mənfəət əldə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Banker.az xəbər verir ki, bu barədə şirkətin audit hesabatında qeyd edilir. Hesabat cəmi 4 səhifədən ibarət təqdim edilib.

Hesabata görə, müddət ərzində 11 mln. 155 min manat gəlir, 7 mln. 46 min manat xidmətin maya dəyəri üçün xərc çəkib. 2021-ci illə müqayisədə gəlirlər 33%, xərclər isə 34% artıb.

“GoldenPay”ın ümumi və inzibati xərcləri də yüksəlib. Ümumi və inzibati xərclər dedikdə şirkətin icarə, marketinq, işçilər və amortizasiyaya xərclədiyi xərclərdir. Bu xərclər illik müqayisədə 2% artımla 1 mln. 390 min manat təşkil edib.

Beləliklə, onlayn ödəmə şirkətinin xalis mənfəəti 2 mln. 148 min manat təşkil edib. 2021-ci ildə xalis mənfəəti 1 mln. 411 min manat idi.

Bu mənfəətdən sonra, 1 yanvar 2023-cü il tarixinə olan balansdakı bölüşdürülməmiş mənfəət 1 mln 891 min manatdan 4  mln. 39 min manata yüksəlib.

Şirkətin 6 mln. 626 min manat cəmi aktivi, 4 mln. 615 min manat cəmi kapitalı (bunun 571 min manatı nizamnamə kapitalı) və cəmi öhdəlikləri isə 2 mln. 11 min manatdır.

Xatırladaq ki, şirkətin yaradıcısı Fərid İsmayılzadə idi və o 2021-ci ildə qalan 20%-lik payını da satdığını elan etmişdi. O, bununla da şirkətin müşahidə şurasını da tərk etmiş oldu. Yuxarıda qeyd edildiyi kimi, şirkət audit hesabatında 4 səhifəni açıqlayır, cari səhmdarlarının kim olduğu üçün yer ayırmır.

 

 

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button