2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Hesabat: ‘Rusiyanı ‘FTX-DTK’ idarə edir’


Rusiyada vaxtilə Dövlət Təhlükəsizlik Komitəsi (DTK-KGB) kimi tanınan Federal Təhlükəsizlik Xidməti cəmiyyətin təhlükəsizliyini təmin edən təşkilatdan öz üzərinə “ikinci hökumət” funksiyasını götürmüş yarımkriminal struktura çevrilib. Bu qurum cəmiyyətin və dövlət həyatının demək olar, bütün sferalarına müdaxilə edir.

Bu qiymətləndirmə “Dosye” mərkəzinin yenicə açıqlanmış “Lubyanka Federasiyası. FTX Rusiya siyasətini və iqtisadiyyatını necə yönləndirir” adlı hesabatında verilib.

Hesabatın hazırlanması təşəbbüsü YUKOS neft şirkətinin keçmiş sahibi Mikhail Khodorkovsky-yə məxsusdur.

Saytların yığılması Saytlarin yigilmasi

 

Patrushev, Sechin və başqaları

Hesabatda deyilir ki, FTX prezident Vladimir Putin və onun idarəetmə sisteminin əsas dayağıdır.

Bu da iddia edilir ki, FTX son on ildə əsas etibarilə zorakı üsullarla bütün dövlət təsisatlarını özünə tabe etdirib.

FTX-nin işinə təkcə Putin yox, onun yaxın çevrəsinə daxil Nikolay Patrushev, Igor Sechin, Sergei Chemezov və başqaları rəhbərlik edirlər. Onların bir çoxu keçmiş DTK-KGB zabitləridir.

Hesabatda deyilir ki, FTX eyni vaxtda həm repressiv, həm də korrupsiya strukturu kimi işləyir.

Müəlliflərinin dediyinə görə hesabatda KGB-nin kökü üzərində boy atmış FTX-nin və onun inkişaf etməsində Putin və yoldaşlarının rolu müfəssəl təsvir edilib.

 

KGB-nin “uçuq daxmaları”

AzadlıqRadiosu “Açıq media” saytına istinadən diqqəti hesabatın epizodlarından birinə cəlb edir.

Hesabatda iddia olunur ki, vaxtilə Moskva ətrafında SSRİ DTK-sının balansında olan 126 mülk DTK və FTX-nin yüksək vəzifəli veteranlarına verilib.

Bu da vurğulanır ki, bu mülklər əsasən “uçuq daxmalar kimi” bazar qiymətindən xeyli aşağı dəyər-dəyməzinə özəlləşdirilib.

Sonradan DTK-FTX zabitləri bu daşınmaz mülkiyyəti çox baha qiymətlərlə satıblar.

Bu da iddia edilir ki, başqaları ilə birlikdə 2008-2016-cı illərdə FTX-nin iqtisadi təhlükəsizlik xidmətinə rəhbərlik etmiş Yury Yakovlevə və narkotiklərin dövriyyəsinə nəzarət federal xidmətinin keçmiş başçısı Viktor Cherkesova da daça verilib.

FTX bu hesabatla bağlı hələki şərh verməyib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button