Now Reading:
Heydər Əliyevin keçmiş mühafizəçisi bıçaqlandı – “LOTU QULİYƏ” SATAŞMIŞDI

Heydər Əliyevin keçmiş mühafizəçisi bıçaqlandı – “LOTU QULİYƏ” SATAŞMIŞDI

Dünən axşam vaxtı metronun “İçərişəhər” stansiyasının yaxınlığında naməlum cinayətkar Azərbaycan prezidenti Heydər Əliyevin prezidentliyinin ilk dönəmlərində onun mühafizəçisi olmuş, daha sonra 15 il azadlıqdan məhrum edilən Müşfiq Mədətovu bılçaqlayıb.

Virtualaz.org xəbər verir ki, hadisə Müşfiq Mədətov çayxanadan çıxarkən baş verib.

M.Mədətov ərizə ilə Bakı Şəhər Polis İdarısinin 9-cu bölməsinə müraciət edib.

Fakt üzrə araşdırma aparılır.

24saat.org saytı xəbər verir ki, həbsdən çıxdıqdan sonra M. Mədətov “Lotu Quli” kimi tanınan Nadir Səlifov barədə “”Bandotdeldə” “presə” dözməyib ağ vərəqə imza atıb” iddiası ilə çıxış etmişdi.

“Lotu Quli” ilə tanınan N.Səlifovla birlikdə 2005-ci ildə zorlamada ittiham edilən M.Mədətov “2005-ci ilin yanvar ayında bizi “bandotdel”ə apardılar. Mən, “Lotu Quli”, boksçu Fariz Məmmədov… 7 nəfər idik. “Lotu Quli”nin qardaşını da tutdular … Biz 7 nəfərə dedilər ki, sizi gətirib saxladıq deyə, məcbur olub zorlama ittihamı veririk. Biz 7 nəfəri tutanda tək mən idim ağ vərəqə qol çəkməyən. O birilər təzyiqlərə tab gətirə bilmədilər deyə izahat yazdılar. Amma təkcə mən yazmadım. Dedilər yaz ki, şərdir, yalandır. Mən yenə də yazmadım. Dedim olmayan şeyi yaza bilmərəm. Bunu bütün DİN, avtoritetlərin hamısı bilir”

Xatırladaq ki, onun bu iddiasını N. Səfərovun vəkili təkzib edərək bildirib ki, izahat yazmaq “sındırılmaqdırsa”, onda Müşfiq Mədətov özünün bir qovluq izahatları olduğunu unutmasın.

QR:  <?php the_title(); ?>

1 comment

  • 24saat

    Salam ! Mən belə bir məlumat oxumuşam ki, təqaüdə cixandan sonra 6 il fasiləsiz işləyən vətəndaşın təqaüdündə artım olmalıdır. Amma bu artım mənə şamil edilməyib. Bu barədə məlumat vermənizi xahiş edirəm. Məlumat ücün bildirirəm ki , 2006 – cı ilin iyun ayında təqaüdə cıxmışam və 2012 -ci ilin avqust ayına qədər işimi davam etdirmişəm.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.