Loading...
Loading...
SEÇMƏ

Heydərovların şirkətlərinin Paşayevlərə transformasiyası

Fövqəladə hallar nazirinin övladlarının idarə etdiyi holdinq ciddi dəyişikliklərə uğrayır. Bir çox şirkət qrupdan ayrılaraq, sahiblərini dəyişir. Amma bu, aysberqin görünən tərəfidir. Prosesin pərdəarxasını öyrənməyə cəhd etdik.   

“Gilan Holding” ətrafında son bir neçə ayda dinamik, həm də müəmmalı proseslər cərəyan edir. Şirkətlərin adları dəyişir, bir çoxu GİLAN firma adından imtina edir. Elə götürək Xəzər dənizi sahilində inşa olunan “Crescent” layihəsini. “Gilan Holding”in fantastik daşınmaz əmlak layihəsi idi. İndi dəyəri yüz milyonlarla dollar olan bu 7 ulduzlu layihəni (The Cresent Baku, Crescent Mall və Crescent Bay Development) başqa bir oliqarxik qrup – “Pasha Holding” idarə edir. 

“Gilan Holding” özü bu barədə heç bir açıqlama vermir. Bu isə şərhlər üçün geniş meydan açır. 

Sıradan bir şirkət olsaydı, diqqət ayırmağa dəyməzdi: birləşmələr, şirkətlərin “udulması”, yüksəlişi və qürubu – bunlar biznesdə normal proseslərdir. Amma söhbət minlərlə adamın çalışdığı şirkətlər qrupundan, nazir oğullarının idarə etdiyi holdinqdən gedirsə, məsələyə ictimai-siyasi maraq, hətta narahatlıq başadüşüləndir. 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun böyük oğlu Tale “Gilan Holding”in Direktorlar Şurasının sədri, onun qardaşı Nicat isə holdinqin baş icraçı direktorudur. Özlərini rəsmən bu qiyafədə təqdim edirlər. 

Qardaşlar son bir il yarım ərzində Londondakı bizneslərinin demək olar ki hamısını bağlayıblar. İndi onların Britaniyada tələbəlik illərində Bakıdan gələn pullar hesabına qurduqları 10 şirkətdən yalnız biri – “United Enterprises International Limited” şirkəti qalıb. Onun da zərərləri 7 milyon manatdan çoxdur. 

Odur ki, holdinq ətrafında gedən proseslərə bir də bu tərəfdən baxaq: Ola bilərmi ki, Heydərovlar Londondakı restoran, daşınmaz əmlak bizneslərini bağlayıb, kapitalı Azərbaycana gətirirlər? Son bir neçə ildə İngiltərədə Azərbaycandan olan neçə oliqarxın pulunu “çirkli çıxarıb” əlindən alıblar. Bu səbəbdən dumanlar ölkəsində oliqarxlar üçün “ayaq üstə” durmaq indi asan iş deyil.  İş ondadır ki, qardaşların Azərbaycanda da işləri yaxşı gətirmir, axı. Dolaşan fikirlərdən biri Bakı və bölgələrdəki şirkətlərin kiməsə, yaxud kimlərəsə təhvil verilməsidir. Burada həqiqət payı nə qədərdir, bilmirik. 

Odur  ki, gəlin mediaya sızan və dövlətin rəsmi məlumat bazalarında təsdiqini tapan məlumatlara göz gəzdirək: “Yarpaq tökümü” Yevlaxdakı Dəri Emalı Zavodundan başlayıb. 2021-ci ildə zavod holdinqdən ayrılıb. Daha sonra Qəbələdə, Nohurgöl yaxınlığındakı “Chenot” oteli holdinqin tərkibindən çıxıb. Bu otelə bağlı olan iki şirkət: “Chenot Azərbaycan MMC və “Nohurgöl Hotel” MMC indi onun nəzarətində deyil. Bu kurort sağlamlıq oteli əmlak idarəçiliyi ilə məşğul olan və Paşa Holdinqə yaxın “PMD Group” MMC-nin törəmə müsəssisəsi – “PMD Hospitality” şirkətinə məxsusdur.

PMD Qrupuna ötürülən təkcə bu mehmanxana deyil. “Gilan Holding”ə aid olan “Azcapital Holdings” MMC və “Azterminal-1” firması 2022-ci ildə həmin qrupa qoşulub

“Pasha Holding” Şirkətlər Qrupunun nəzarətinə keçən şirkətlər arasında Azərbaycanda aparıcı ödəniş sistemlərindən biri olan “MilliÖn” terminallarının sahibi olan “Komtec” MMC də var. Mülkiyyətçi dəyişikliyi sirkətin ad dəyişimi (“PashaPay” MMC) ilə tamamlanıb.

Əl dəyişən şirkətlərdən bir “Bakı Günaydın” MMC-dir. Bakıda restoranlar işlədən bu şirkətin baş ofisi “Port Baku Towers”ə köçüb. “Pasha Holding” onu da öz idarəetməsində olan şirkətlərə qatıb.

Ötən il “Gilan Holding” Birləşmiş Ərəb Əmiriklərindəki şirkətlərinin biri vasitəsilə Bakıda idarə etdiyi 1,5 milyon manat kapitalı olan“Azfinance” investisiya şirkətini onun menecerlərinə ötürüb

Gözdən qaçırmayın:  Azərbaycanda koronavirus: 3 yoluxma, 2 ölüm

Bu il həm də holdinqin iki beton zavodu şirkəti əl dəyişib. Qəbələdəki və Bakının Zığ qəsəbəsindəki beton zavodları beton bazarının fəal oyunçusu olan “Spark” şirkətinə keçib. 

Əslində “Gilan”ın “əridilməsi” təxminən 3 il bundan əvvələ gedib çıxır. O zaman “Gilan Holding”ə daxil olan bəzi şirkətlərin Kəmaləddin Heydərovun bacanağına ötürülməsi prosesi başlanıb. Əvvəlcə “AFB Bank “Azsığorta” şirkətinin sahibi Hikmət İsmayılovun adına keçdi. Daha sonra isə onun adı daha bir neçə şirkətin rəhbərliyində göründü. “Promenade Properties”, “Avant Trading”, “Gilan FMCG Group” şirkətlərini indi o idarə edir. Bundan başqa, nazir Kəmaləddin Heydərovun İran əsilli işadamı Manuçehr Əhədpurun idarə etdiyi ən azı iki şirkətin: “AzF Co Ltd”“Gilan Kənd Təsərrüfatı və Aqrar Sənaye”-nin direktoru indi onun bacanağıdır. 

Yeri gəlmişkən, Manuçehr Əhədpur daha bir neçə şirkətin rəhbərliyindən kənarlaşıb. Bunlar: “Caspian Fish Co Azərbaycan, “Delfin-Tikinti”, “Az Sole Co Ltd”, Az Texnika Ltd, “Az Plas Ko Ltd”, “AZ MDF Ltd“Az Fefrigerator Ko Ltd” “Az FP Co Ltd” şirkətləridir. Bu, Kəmaləddin Heydərov və Manuçehr Əhədpurun biznesdə yollarını ayırması anlamına gəlirmi? Qəti söz demək çətindir.

“Gilan Holding” korporativ internet səhifəsini neçə illərdir ki yeniləmir. Ümumiyyətlə, Heydərovların biznes imperiyasına dair açıq məlumatları təhlil etdikdə belə bir təəssürat yaranır ki, qardaşlar holdinqi yenidən formatlaşdırırlar. Bu fikrə Tale Heydərovun inandığı biznes strategiyası işıq salır: O, İshaq Adezesin “Korporativ həyat dövrü” nəzəriyyəsinə inanır.

Bu nəzəriyyə hər bir şirkətin “öz həyat tsikli olduğuna görə” ona canlı orqanizm kimi baxılmağın gərəkliyini iddia edir.  “Mən böyüməkdə olan insanlar kimi şirkətlərin də həyat dövrünün doqquz mərhələdən keçdiyini öyrəndim. “Korporativ həyat dövrü” nəzəriyyəsi işlədiyim şirkətlərin miqyasından və yaşından asılı olmayaraq, şəxsən mənim üçün hər birində faydalı olub. Bu nəzəriyyə mənim şirkətlərin üzləşdiyi problemləri düzgün qiymətləndirməyimə və həll etməyimə yardımçı olub”, – deyir Heydərov.  

Adizesin biznes nəzəriyyəsində şirkətlərin “zadəganlıq” mərhələsindən də söhbət açır. Eynən “Gilan Holding”dən danışırmış kimi. Alimin tədqiqatlarına görə, “şirkətlər Zadəganlıq mərhələsində kifayət qədər zəngin və güclü maliyyə mənbələrinə malik olur, lakin onlar dəyişikliklərin baş verməsindən qorxur və gələcəkdə nail ola biləcəklərinə deyil, keçmiş nailiyyətlərinə baxdıqları üçün getdikcə zəifləyirlər. Şirkətlərin ayaqda qalması üçün idarəetmədə fərqli xüsusiyyətlərə və düşüncə tərzinə malik insanlar təmsil olunmalıdır. Onların heyətində bu qurumları qaçılmaz dəyişikliklərə uyğunlaşdıracaq “təşəbbüskar”ın olması zəruridir”. 

İndi “Gilan Holding”də baş verənlərə bəlkə bu prizmadan baxmaq lazımdır? Bunun təsdiqi kimi ayrı-ayrı şəxslərə bir neçə şirkətin menecmentinin həvalə olunması faktını göstərmək olar. 

İndi “Gilan Holding”də baş verənlərə bəlkə bu prizmadan baxmaq lazımdır? Bunun təsdiqi kimi ayrı-ayrı şəxslərə bir neçə şirkətin menecmentinin həvalə olunması faktını göstərmək olar. 

Məsələn, “Caspain Fish” zavodunun indiki direktoru Emil Rauf oğlu Sultanov eyni zamanda qrupun daha bir neçə şirkətinin: 

“STR İmport and Distributon”

“Delfin-Tikinti”,

“MNK”,

“Az Sole Co Ltd”,

“Az Refrigerator Ko Ltd”,

“Dəniz Co. Ltd”,

“Azcapital Services”

“Real Estate Management”,

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button