2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Heydər Əliyev təqaüdü, medalı və qızıl sikkələri olacaq

Prezident İlham Əliyev bu gün, noyabrın 28-də 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planını təsdiq edib. Plana əsasən, Azərbaycanda “Heydər Əliyev – 100” yubiley medalı təsis ediləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Habelə, Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq.

Bundan başqa, gələn il ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü” də təsis edilməlidir.

Sentyabrın 29-da İ.Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı sərəncam imzalamışdı.

Hazırkı prezidentin atası H.Əliyevin gələn il doğumunun 100 ili tamam olacaq.

2003-cü ildə vəfat edən H.Əliyev 1993-cü ildən ölümünə qədər Azərbaycan prezidenti olub.

H.Əliyev SSRİ dönəmində də Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi kimi də bu respublikaya rəhbərlik edib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button