2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Heydər Əliyevin 98-ci doğum günüdür

Bu gün, mayın 10-u keçmiş prezident Heydər Əliyevin anadan olmasının 98-ci il dönümüdür.

H.Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində doğulub.

Saytların yığılması Saytlarin yigilmasi

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini başa vurub. O, Naxçıvanda ozamankı Dövlət Təhlükəsizlik Komitəsində (DTK) çalışmağa başlayıb. 1964-ci ildə Azərbaycan Sovet Sosialist Respublikası DTK-sının sədr müavini təyin edilib.

Azərbaycana rəhbərliyinin birinci dönəmi…

1969-cu ilin iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə gətirilib.

1969-82-ci illərdə Azərbaycana rəhbərlik edib. 1982-ci ilin dekabrında Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) rəhbərliyinə aparılaraq Sov.KP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilir. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilir.

H.Əliyev 1987-ci ilin oktyabrında vəzifədən azad edilərək siyasi fəaliyyətdən kənarlaşdırılıb.

Azərbaycanda 1988-ci ildən başlayan milli-azadlıq hərəkatını 1990-cı ildə silahla boğan Kremlə etiraz olaraq o, Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edib. Daha sonra Azərbaycana qayıdır və 1991-ci ildə Kommunist Partiyasının sıralarını tərk edir.

Naxçıvan illəri…

1990-cı ilin iyulunda Moskvadan Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayır, həmin ildə Azərbaycan Ali Sovetinə deputat seçilir. O, 1991-1993-cü illərdə Naxçıvan Ali Məclisinin sədri, Azərbaycan Ali Soveti sədrinin müavini olub.

H.Əliyev 1992-ci ildə tərəfdarları ilə Yeni Azərbaycan Partiyasını (YAP) təsis edib.

1993-cü ilin iyununda polkovnik Sürət Hüseynovun Gəncədə hökumət və dövlət strukturlarına silahlı itaətsizliyindən sonra yaranan böhranla bağlı H.Əliyev Bakıya dəvət edilir, 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilir.

Hakimiyyətin ikinci dönəmi…

Prezident Əbülfəz Elçibəy paytaxtı tərk edib doğulduğu Kələki kəndinə getdikdən sonra, iyulun 24-dən isə Milli Məclisin qərarı ilə dövlət başçısı səlahiyyətlərini icra edir. 1993-cü ildə H.Əliyev prezident seçkisinin qalibi olur və onun təklifi ilə S.Hüseynov Milli Məclisdə baş nazir seçilir. 1994-cü ildə isə S.Hüseynov da baş nazirlikdən uzaqlaşdırılır.

H.Əliyev 1998-ci ildə də prezident seçkisindən qalib çıxıb.

H.Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar 2003-cü ildə prezident seçkisində iştirakdan imtina edib. O, əvvəlcə Türkiyədə, daha sonra ABŞ-da müalicə alıb. Elə 2003-cü il dekabrın 12-də ABŞ-ın Klivlend Klinikasında onun vəfatı xəbər yayılıb.

2003-cü il dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn edilib.

H.Əliyevə Azərbaycanda ikili münasibət var. Tərəfdarları hesab edirlər ki, əgər H.Əliyev ikinci dəfə hakimiyyətə gəlməsəydi, Azərbaycanda vətəndaş müharibəsinin qarşısını almaq mümkün olmazdı. Üstəlik, Bakı-Tbilisi-Ceyhan layihəsi məhz onun hakimiyyəti vaxtı gerçəkləşib.

Onun opponentləri isə deyirlər ki, məhz H.Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən dərhal sonra Qarabağa bitişik beş rayon işğal edilib. Üstəlik, neft müqavilələrindən xalqın yox, onun və yaxınlarının bəhrələndiyi iddia olunur.

24 saat” “Heydər Əliyevin 98-ci doğum günüdür” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button