2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

Heydər Əliyevin anım günündə hərbi salam verə bilməyən prokuror kimdir? – VİDEO

24saat.org saytının yaydığı videogörüntülərdən sonra məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Tariyel Qurbanov faktı təsdiqləsə də, burada nizamnamədən kənar bir şeyin olmadığını bildirib:

“Mənim sağ əlimin protez olması haqda deyilənlər yalandır. Amma sağ əlimdə problemlər var və ziyarət vaxtı həmin əlimi hərəkət etdirə bilmirdim.

Bundan başqa, hərbi nizamnamədə də sol əllə hərbi salam verməklə bağlı heç bir qadağa yoxdur. Mən uzun illər hərbi sahədə fəaliyyət göstərmişəm və nəinki hərbi salam verməyi, bütün hərbi işləri çox gözəl bilirəm”.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır, hərbi nizamnamədə sol əllə hərbi salam verməklə bağlı müddəa varmı? Həqiqətənmi hərbi salamı həm sol, həm də sağ əllə vermək olar?

24saat.org-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov T.Qurbanovun dediklərinin tamamilə əsassız olduğunu vurğuladı:

“Hörmətli T.Qurbanov çox böyük səhvə yol verir. Buraxdığı kobud səhvi ört-basdır etmək üçün belə ifadələrdən istifadə edir. Əgər o, özünü hərb işini gözəl bilən biri kimi təqdim edirsə, o hərbə yazıqlar olsun. Düşünürəm ki, indiki məqamda ən yaxşısı onun üzr istəməsidir. Bu, daha yaxşı olar. Adamadan soruşarlar ki, sağ əlin işləmirsə, hansısa problem varsa, bu ağırlığındakı mundiri necə geyindin? Ümumiyyətlə, bu nə bəhanədir? Sadəcə olaraq, bu şəxsin fikri çox güman ki, başqa yerdə olub və kobud səhvə yol verib, nizamnamə qaydalarını pozub.

Hesab edirəm ki, baş prokuror onu cəzalandırmalıdır. Ona görə yox ki, o, düzgün hərbi salam verməyib. Ona görə ki, daşıdığı mundirə hörmətsizlik edib və əsgəri salamı düzgün vermir. Onun mərhum ali baş komandana verdiyi hərbi salam yanlışdır.

Mən dünəndən baş verənlərlə bağlı susuram. Lakin görürəm ki, bu şəxs indi bizə dərs keçməyə çalışır. Nizamnamədə sol əllə salam verməklə bağlı hər hansı bir müddəa yoxdur. Nizamnamədə aşçıq şəkildə göstərilir ki, hərbi salam sağ əlin yuxarı qaldırılması, baş barmağın gicgaha yaxınlaşdırılması ilə verilir. Bundan əvvəl Azərbaycan SQ-də yalnız papaqla salamlaşma var idisə, son düzəlişdən sonra sərbəst şəkildə, papaqsız da salamlamaq mümkündür. Nizamnamədə hərbi salamın yalnız sağ əllə verilməli olduğu göstərilib.

T.Qurbanov deyir ki, sol əllə hərbi salam verməklə bağlı qadağa yoxdur. Əgər onun savadı çatırsa bilməlidir ki, salamlama sağ ələ həyata keçirilirsə, sol əllə bağlı nə isə deməyə ehtiyac yoxdur. Lazım olsaydı, nizamnamədə qeyd olunardı ki, əsgəri salam həm sağ, həm də sol ələ verilə bilər. Tariyel müəllimin hərbi bilikləri zəifdirsə, ona məşğələ təşkil edib hərbə dair elementar bilikləri onun nəzərinə çatdıra bilərik. Təəssüflər olsun ki, bu cür kobud səhvə yol verən adamlar cəmiyyətə özlərini hərbə dair dərin biliyə malik insanlar kimi göstərməyə çalışırlar. Hesab edirəm ki, Baş Prokurorluq onun cəzalandırılmasını təmin etməlidir”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button