2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Heydər Əliyevin Klintonla söhbəti: “Rusiya hay-küy salsa da, …”

REGNUM agentliyi Azərbaycan və ABŞ-ın keçmiş prezidentləri Heydər Əliyev və Bil Klintonun 1 avqust 1997-ci ildə Oval Ofisdə baş tutan danışıqlarının nəticələrinə dair sənəddən çıxarış yayıb.

Heydər Əliyev: Sizin yenidən prezident seçilməyiniz böyük uğurdur. Biz gözləyirik ki, Siz ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsi üçün yeni addımlar atacaq və Azərbaycanın qarşılaşdığı problemlərin həllinə kömək edəcəksiniz. Qafqaz regionu ABŞ üçün strateji xarakter daşıyır. Mən bilirəm ki, Siz bu istiqamətdə işlər görürsünüz, amma bu prosesi sürətləndirmək lazımdır.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident Klinton: Ümid edirik ki, prosesi sürətləndirə biləcəyik. Çox çətin şərtlər altında ölkənizdə nail olduğunuz inkişafa heyranlıq duyuruq.

Əliyev: Bəli.

Klinton: Ümid edirik ki, vəziyyət daha da yaxşılacaq və düşünürəm ki, demokratiya və insan haqları məsələsində irəliləyişə nail olduğunuz müddətdə Konqres Azərbaycana daha açıq münasibət göstərəcək. Əgər biz Dağlıq Qarabağ problemini həll etməyə nail olsaq, düşünürəm ki, ölkələrimiz arasında münasibətlərin dərinləşməsi yolunda heç bir maneə qalmayacaq. Biz birinci dəfə görüşəndə mən anladım ki, enerji resursları və yerləşdiyi coğrafi məkanın hesabına Sizin ölkənizi yaxşı gələcək gözləyir. Qəbul etdiyiniz qərarların Azərbaycana və region xalqlarına ciddi təsiri olacaq.

Əliyev: Siz haqlısınız. Biz Azərbaycanda ictimai-siyasi stabillik yaratmağa nail olmuşuq. Demokratik inkişaf, bazar iqtisadiyyatı və insan haqlarının müdafiəsi – bu proseslər davam edir. Bu, bizim ölkəmizin strateji istiqamətidir.

Azərbaycan üçün ən ağrılı problem Dağlıq Qarabağ konfliktidir. Keçən görüşdə Sizə detalları təqdim etmişəm. Biz istərdik ki, ABŞ Minsk qrupunun həmsədri olsun. Biz bunun üçün çoxlu səylər göstərmişik. Azərbaycanın əzmi problemin həllini üç həmsədr formatına gətirib çıxardı. Biz Sizə hər kəsdən çox inanırıq və fikirləşirik ki, ABŞ bu məsələdə digərlərindən daha vacib rol oynaya bilər. Azərbaycanda hətta uşaqlar belə prezident Klintona inanır.

Klinton: Bəlkə siz mənim PR-imlə məşğul olasınız!

Əliyev: Mən Sizin xarici siyasətinizin təbliğatı ilə məşğul olmağa şad olardım. Mən bilirəm ki, Siz çox şeylər etmisiniz. Rusiya hay-küy salsa da, Siz NATO-nu genişləndirdiniz. Bu, çox önəmli qələbə idi və bu, Sizin qələbəniz idi. Mən Konqresi ziyarət edəndə Konqres səsverməyə hazırlaşdığı üçün bizim müzakirəmiz alınmadı. Mən onda birinci dəfə öyrəndim ki, Siz çox balanslı büdcə təqdim edirsiniz və Siz öz hədəflərinizə nail olubsunuz. Bu, çox önəmli iş idi və Siz 10 milyon iş yeri yaratdınız.

Klinton: O, mənim PR-imlə məşğul ola bilər. Mətbuat katibini bura çağırmaq lazımdır…”

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button