2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Heydər Əliyevin ölümündən 17 il keçir


Bu gün, dekabrın 12-də Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin vəfatından 17 il keçir. 2003-cü il dekabrın 12-də Heydər Əliyevin ABŞ-ın Ohayo ştatındakı Klivlend xəstəxanasında vəfat etməsi barədə rəsmi məlumat yayılıb.

Heydər Əliyevin səhhəti 2003-cü il aprelin 21-də Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin 30 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edəndə pisləşmişdi. Çıxışı zamanı 80-yaşlı Əliyev əliylə ürəyini tutaraq yerə çöküb. Cangüdənlər onu səhnədən apardıqdan 10 dəqiqə sonra H.Əliyev yenidən səhnəyə qayıdıb. Çıxışını davam etdirən H.Əliyevin ikinci dəfə səhhəti pisləşib.

Onun vəfatının səbəbləri arasında, əsasən, ürəyində əmələ gəlmiş problemlər göstərilirdi. H.Əliyevin 1987-ci ildə ilk dəfə infarkt keçirdiyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

2003-cü ildə həmin məlum olaydan sonra H.Əliyev əvvəlcə Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında, daha sonra isə ABŞ-ın Klivlend Klinikasında müalicə olunub.

İlham Əliyevin baş nazirliyə təqdim edilməsi

2003-cü il avqustun 4-də, H.Əliyevin sərəncamı əsasında Milli Məclis onun oğlu İlham Əliyevin Baş nazir təyin olunmasını təsdiq edib. Müxalifət bunu hakimiyyətin varis planı əsasında atadan oğula ötürülməsi adlandırırdı. Hakim komanda isə her şeyin qanunlar çərçivəsində, gerçəkləşdiyini bəyan etdi.

Hələ, 2002-ci ildə keçirilən referendumda Konstitusiyaya edilən dəyişikliklərdən sonra prezident öz səlahiyyətlərini icra edə bilmədiyi təqdirdə onun səlahiyyətləri Baş nazirə keçir.

Buna qədər isə səlahiyyətlər parlament sədrinə keçməli idi.

Elə həmin ildə İlham Əliyev prezident seçkilərindən də qalib çıxdı.

Heydər Əliyevin həyatından…

H.Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində doğulub.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri (1967-1969), 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub.

1982-ci ilin dekabrında SSRİ rəhbərliyinə aparılaraq, Sovet İttifaqi Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilir. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilir.

H.Əliyev 1987-ci ilin oktyabrında vəzifədən azad edilir.1990-cı ilin iyulunda Moskvadan Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayır, həmin ildə Azərbaycan Ali Sovetinə deputat seçilir.O, 1991-1993-cü illərdə Naxçıvan Ali Məclisinin sədri, Azərbaycan Ali Soveti sədrinin müavini olub.

1993-cü ildə Gəncədə hakimiyyətə silahlı itaətsizlikdən sonra H.Əliyevi prezident Əbülfəz Elçibəy Bakıya dəvət edir. O, 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilir. İyulun 24-dən isə Milli Məclisin qərarı ilə ölkə prezidentinin səlahiyyətlərini icra edir. 1993-cü və 1998-ci illərdə prezident seçkilərindən qalib çıxır.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button