2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Heydər Əliyevin vəfatından 19 il ötür

Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin vəfatından 19 il keçir.

Saytların yığılması Saytlarin yigilmasi

Ölkənin rəsmi qurumları 2003-cü il dekabrın 12-də Heydər Əliyevin ABŞ-ın Ohayo ştatındakı Klivlend xəstəxanasında vəfat etdiyini açıqlayıb.

Heydər Əliyevin səhhəti 2003-cü il aprelin 21-də Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 30 illiyinə həsr olunmuş mərasimdə çıxış edəndə pisləşmişdi. Çıxışı zamanı 80-yaşlı Əliyev əli ilə ürəyini tutaraq yerə çöküb. Cangüdənlər onu səhnədən apardıqdan 10 dəqiqə sonra H.Əliyev yenidən səhnəyə qayıdıb. Çıxışını davam etdirən H.Əliyevin ikinci dəfə səhhəti pisləşib.

Onun vəfatının səbəbləri arasında, əsasən, ürəyində əmələ gəlmiş problemlər göstərilirdi. H.Əliyevin 1987-ci ildə ilk dəfə infarkt keçirdiyi bildirilir.

2003-cü ildə həmin olaydan sonra H.Əliyev əvvəlcə Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında, daha sonra isə ABŞ-ın Klivlend Klinikasında müalicə olunub.

2003-cü il avqustun 4-də H.Əliyevin sərəncamı əsasında Milli Məclis onun oğlu İlham Əliyevin Baş nazir təyin olunmasını təsdiq edib. Müxalifət bunu hakimiyyətin varis planı əsasında atadan oğula ötürülməsi adlandırırdı. Hakim komanda isə hər şeyin qanunlar çərçivəsində gerçəkləşdiyini bəyan etdi.

Elə həmin ildə İ.Əliyev prezident seçkilərindən də qalib çıxdı.

H.Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində doğulub.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri (1967-1969), 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi olub.

1982-ci ilin dekabrında Sovet İttifaqi Kommunist Partiyası (Sov.İKP) Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilir. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilir.

H.Əliyev 1987-ci ilin oktyabrında vəzifədən azad edilir. 1990-cı ilin iyulunda Moskvadan Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayır, həmin ildə Azərbaycan Ali Sovetinə deputat seçilir. O, 1991-1993-cü illərdə Naxçıvan Ali Məclisinin sədri, Azərbaycan Ali Soveti sədrinin müavini olub.

1993-cü ildə Gəncədə hakimiyyətə silahlı itaətsizlikdən sonra H.Əliyevi prezident Əbülfəz Elçibəy Bakıya dəvət edir. O, 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilir. İyulun 24-dən (artıq Ə.Elçibəy Bakını tərk edib doğulduğu Kələki kəndinə getmişdi) isə Milli Məclisin qərarı ilə ölkə prezidentinin səlahiyyətlərini icra edir. 1993-cü və 1998-ci illərdə prezident seçkilərindən qalib çıxır.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button