2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Heyvan haqları fəalının saxlandığı bildirilir

Heyvan haqları fəalı Nicat İsmayılovun bu gün, aprelin 5-də saxlandığı deyilir.

Bu barədə N.İsmayılovun yaxınları məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, fəalı yaşadığı evindən polis əməkdaşları naməlum istiqamətə aparıb: “Nicatı təxminən 1 saat əvvəl Nərimanov rayonunda yerləşən evindən polislər aparıblar, amma hara aparılıb, məlumatımız yoxdur”.

N.İsmayılovun yaxınları güman edirlər ki, o, bu gün, aprelin 5-də aksiya təyin etdiyinə görə saxlanıb: “Nicat bu gün küçələrdəki itlərin amansızlıqla öldürülməsinə və bu əməllərin cəzasız qalmasına dinc etiraz aksiyası keçirilməsini planlaşdırırdı. Bununla bağlı elan da yaymışdı. Çox güman ki, buna görə saxlanıb”.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

24 saat” “Heyvan haqları fəalının saxlandığı bildirilir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button