2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Heyvansevərlərdən şikayət

İyulun 15-də heyvan hüquqlarını müdafiə etdiklərini bildirən bəzi şəxslər “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə aksiya keçirməyə cəhd ediblər.

Etirazçılar iddia edirlər ki, mərkəzdə küçədən toplanan itlərin bəziləri məhv edilir.

““Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi heyvansevərləri içəri buraxsınlar, açıqlama versinlər, heyvanlara orada işgəncə verənlər cəza almalıdır. Bizim vergilərimizlə bura qurulubsa burada nə baş verdiyini biz bilməliyik”, – aksiya təşkilatçılarından biri Elxan Mirzoyev bildirib. 

Saytların yığılması Saytlarin yigilmasi

Əraziyə cəlb olunmuş polis əməkdaşları aksiya iştirakçılarını hadisə yerindən uzaqlaşdırıb. Aksiya iştirakçılarından Əhməd Məmmədli, Rüstəm İsmayılbəyli, Kamran Məmmədli, Rəvan Axundov, Fərid Cabbar, Nicat İsmayıl, Elmir Abbasov və Elxan Mirzoyevin Sabunçu Rayonun 12-ci Polis Bölməsinə aparıldığı deyilib. 

400 manat cərimə

Bir müddət sonra polis bölməsindən çıxan fəallardan bəziləri bildirib ki, onların hər biri 400 manat  cərimələnərək sərbəst buraxılıb:

“Bizə nəyə görə cərimələndiyimiz bildirilmədi, heç protokol da təqdim edilmədi. Sadəcə dedilər ki, Bakı Şəhər Baş Polis İdarəsinin tapşırığı belədir”. 

Onların sözlərinə görə, Elxan Mirzoyev və Nicat İsmayıl isə Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.

Bütün bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. 

Heyvan hüquqlarını müdafiə etdiklərini bildirənlərin sözlərinə görə, aksiyada saxlanan digər iki nəfər də-Elxan Mirzoyev və Nicat İsmayıl da sərbəst buraxilıb.

Mərkəz iddiları təkzib edir

Amma“Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzindən iddiaları təkzib edirlər:

“Bura dövlət idarəsidir və onların dedikləri mümkün deyil. Həmin şəxslərin hərəkətləri təxribat xarakterlidir”.

Bu Mərkəzin Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihələri çərçivəsində yaradıldığı açıqlanıb.

24 saat” “Heyvansevərlərdən şikayət” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button