2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Hibrid avtomobillərin ölkəyə gətirilməsi ucuz başa gəlir

Hibrid avtomobillərin Azərbaycana gətirilməsi digər avtomobillərdən ucuz başa gəlir. Bu baxımdan, Azərbaycanda hibrid avtomobillərə maraq xeyli artıb. Artıq Azərbaycanın hər yerində, bütün rayonlarında hibrid avtomobillərə rast gəlmək mümkündür.

Bunu nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Ə.Hüseynov bildirib ki, qanunvericilik hibrid avtomobillərinin gətirilməsi üçün daha əlverişlidir: “Belə ki, Azərbaycana avtomobillərin idxalı zaman əlavə dəyər vergisi, gömrük rüsumu və aksiz vergisi ödənilir. Aksiz vergisi və gömrük rüsumu avtomobilin daxili yanma mühərriyinin iş həcminə görə ödənilir. Hibrid avtomobillərdə isə daxili yanma mühərrikinin iş həcmi çox kiçik olduğu üçün ödənişlər az məbləğdə olur. Yəni hibrid avtomobillərin Azərbaycana gətirilməsi nisbətən ucuz başa gəlir”.

Saytların yığılması Saytlarin yigilmasi

Ekspert qeyd edib ki, hibrid avtomobillərin digər bir üstünlüyü isə ondan ibarətdir ki, daxili yanma mühərrikinin iş həcmi kiçik olduğu üçün yanacaq sərfiyyatı da az olur.

O qeyd edib ki, təqribən 2 il bundan əvvəl hibrid avtomobillərin təmiri və texniki qulluğu, ehtiyat hissələrinin tədarükü ilə bağlı problemlər var idi: “Hibrid avtomobilləri təmir edə bilən avtomobil ustaları çox az idi. Ancaq zaman keçdikcə bu problem aradan qalxdı. Artıq çox yerdə hibrid avtomobillərin təmir mərkəzləri var. Eyni zamanda, bu avtomobillərin ehtiyat hissələrinin tədarükü də tam təmin olunur”.

trend

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button