2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Hicabı səhnəyə atan qadının üzr videosu yayılıb

Yüzlərlə iranlı siyasi və ictimai fəal sosioloq Səid Mədəniyə doqquz ilik həbs cəzasını pisləyən məktub yayıb, bu cəzanın İranın məhkəmə sisteminin müstəqil olmamasının əlaməti adlandırıblar. Mədəni cəmiyyətin müxtəlif aspektləri barədə yazılarına görə bu cəzaya məhkum edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Məktubu Haşim Ağacari, Abolfalz Qadyani, Ali Afşari və 600-dən çox başqa fəal imzalayıb. Onlar Mədəniyə ittihamların əsassız olduğunu, İslam Respublikasının təhlükəsizlik qurumları tərəfindən saxtalaşdırıldığını bildiriblər.

Tehrandakı İslam İnqilab Məhkəməsi dekabrda çıxardığı qərarla tanınmış iranlı sosioloq və jurnalisti “antiisteblişment qrupları yaratmaq və idarə etməkdə”, “İran İslam Respublikasına qarşı propoqanda”da təqsirli bilib.

Fevralın 22-də yayılmış məktuba imza atanlar isə qeyd edirlər ki, “belə hökmlərin yeganə nəticəsi İran cəmiyyətini azadlıq və ədalət uğrunda çarpışan mütəfəkkirlərdən məhrum etmək, ölkənin qeyri-zorakı inkişafını bloklamaqdır”.

61-yaşlı Mədəniyə ittihamlar onun İran cəmiyyətinin müxtəlif aspektlərini təsvir və izah edən materiallardan qaynaqlanır, mənbə AzadlıqRadiosuna deyib.

Yanvarda Mədəninin İrandan çıxaraq ABŞ-də Yeyl Universitetində birillik tədqiqat proqramına başlamasına imkan verilməyib. O, İranda sosial məsələlər, o cümlədən qadınlara qarşı zorakılıq, uşaqlarla pis rəftar, fahişəlik, yoxsulluq barədə tədqiqatlar dərc edib.

Onun kitablarının bəziləri İranda qadağan olunub.

Mədəni daha öncə də qadağan olunmuş Millətçi-Dini Alyansa adlı siyasi müxalifət qrupuna üzvlüyünə, “dövlətə qarşı propaqanda”ya görə həbs olunub.

İranda qadın mühəndisin üzr videosu yayılıb, tərəfdarları isə videonun təzyiq altında çəkildiyini deyirlər. Ötən həftə həmin qadının Tehran Mühəndislər Forumunda məcburi hicaba etiraz videosu sosial mediada sürətlə yayılmışdı.

Fevralın 17-də yayılmış videoda Zeynəb Kazımi adlı qadın hicab qaydalarına əməl etmədiyinə görə Tehran Mühəndislik Təşkilatına qəbul olunmamasına etiraz edirdi. O, baş örtüyü çıxarıb səhnəyə atmışdı. Sosial mediada çoxları Kazımini cəsarətinə görə alqışlamışdı.

İranda ötən sentyabrdan hökumətə qarşı etirazlar səngisə də, ara-sıra davam edir. 22 yaşlı Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanmış, üç gün sonra xəstəxanada vəfat etmişdi.

Fevralın 18-də İslam İnqilab Keşikçiləri Korpusuna yaxın media orqanı Zeynəb Kazımiyə qarşı cinayət işi açıldığını bildirib, onu “hicabı təhqir etməkdə” suçlayıb.

Fevralın 22-də yayılmış videoda isə Kazımi səhnədəki hərəkətlərindən “peşman” olduğunu deyir, bunun “mühəndislərlə yersiz rəftarın yaratdığı psixoloji təzyiqin nəticəsində” baş verdiyini deyib.

İran hakimiyyəti bir neçə etirazçının “üzrxahlıq” videolarını yayıb. Bu isə sosial media istifadəçilərinin onların həqiqiliyini sorğulamağa vadar edib.

Hicab 1979-cu il islam inqilabından sonra yaşı 9-dan yuxarı qızlar və qadınlar üçün məcburi elan edilib.

24 saat” “
Hicabı səhnəyə atan qadının üzr videosu yayılıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button