2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Hideo Kojima vaxtı ikən 'The Boys' serialı tərzində yeni oyun üzərində çalışırmış

    Məşhur yapon game dizayner Hideo Kojima vaxtı ikən güclü super qəhrəmanlara qarşı mübarizə aparan detektivlər barəsində oyun konsepti üzərində çalışırmış. Lakin sözügedən layihənin reallaşdırılmasını uzunmüddətli təxirə salmaq lazım gəlib. Belə ki, layihə ideya baxımından Amazon şirkətinin “The Boys” serialına bənzəyib. Bu barədə məlumatı Kojima-nın özü öz sosial şəbəkələrində verib. O qeyd edib ki, öz oyun konsepsiyasının hazırlanmasına məhz “The Boys” serialına baxmağa başladığı dövrdə start verib. Kojima qeyd edib ki, onun oyun konsepsiyasının süjet xəttinə əsasən qadın və kişi-dən ibarət baş qəhrəmanlar xüsusi detektivlər dəstəsi ilə birlikdə super qəhrəmanların pərdə arxası işlərini araşdırmaqla məşğul olmalı idilər.

Saytların yığılması Saytlarin yigilmasi

    Məşhur game dizayner qeyd edib ki, kişi rolunda o, aktyor Mads Mikkelsen-i görürdü. Qeyd etmək lazımdır ki, Mads Mikkelsen nəticədə Kojima-nın “Death Stranding” adlı oyununda baş rollardan birini canlandırmış oldu. İlk növbədə Kojima “The Boys” serialına baxmağı dayandırdı. Belə ki, game dizayner serialdan nəyisə kopyalamağı istəmirdi. Lakin daha sonra o öz yeni oyun ideyasından imtina etdi. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə baş tutmuş Xbox & Bethesda Games Showcase 2022 tədbiri çərçivəsində Kojima Productions studiyasının Xbox ilə əməkdaşlığı anons edilmişdi. Bu əməkdaşlıq çərçivəsində Kojima Xbox konsolları üçün nəzərdə tutulmuş eksklüziv oyun üzərində çalışır. Bəzi məlumatlara əsasən hazırlanan eksklüziv oyun horror (qorxu) janrında olacaq.

24 saat” “Hideo Kojima vaxtı ikən 'The Boys' serialı tərzində yeni oyun üzərində çalışırmış” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button