2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Hidrogen CO2 tullantıları ilə müqayisədə iqlim üçün 11 dəfə daha təhlükəlidir

    Hidrogen enerjisi dünya sənayesinin karbon qazı ifrazından azad edilməsində yardımçı ola bilər. Lakin bununla yanaşı o, qlobal iqlim üçün təhlükə mənbəyinə çevrilə bilər. Alimlər tərəfindən aparılmış yeni tədqiqata əsasən hidrogen tullantıları CO2 qazından fərqli olaraq planeti 11 dəfə daha güclü şəkildə qızdıra bilər. Alimlər qeyd ediblər ki, hal hazırda bu problem nəzərə çarpacaq dərəcədə deyil. Belə ki, hidrogen enerjisinin istehsal miqyası hələ aşağı səviyyədədir. Lakin hidrogen enerjisi əsasında çalışan nəqliyyat növlərinin və yeni enerji sistemlərinin inkişafı nəticəsində bu bioloji yanacaq növü ekologiyaya ciddi təsir göstərəcək. Nəticədə insanlar planetin qızması prosesini ləngitmək əvəzinə daha da sürətləndirəcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

    Hidrogen artıq tədricən enerji saxlama sistemi rolunda istifadə edilir. Elektrik enerjisinin istehsalı üçün hidrogen yanacaq elementlərindən keçirilir. Prosesin sonunda isə adi sudan başqa heç bir şey qalmır. Bu cür üsul litium batareyalardan fərqli olaraq daha çox enerji saxlamağa imkan verir və batareyaların şarj olunmaları prosesi ilə müqayisədə avtomobillərin və ya enerji daşınması üçün nəzərdə tutulmuş xüsusi stansiyaların yanacaq çənlərinin doldurulmasını daha sürətlə reallaşdırır. Bu müsbət özəlliklər hidrogenin enerji mənbəyi kimi bir çox sahələrdə istifadəsini mümkün edir. Buna misal olaraq aviasiyasnı, avtomobil sənayesini və ağır sənayeni gətirmək olar. Lakin alimlər təyin ediblər ki, hidrogen də planetin atmosferinə passiv təsir göstərir.

    Alimlərin hesablamalarına əsasən atmosferdə 100 ton həcmində CO2 qazı ilə müqayisədə 100 ton həcmində hidrogen 100 il ərzində planeti 11 dəfə daha güclü şəkildə qızdıracaq. Hidrogenin ekologiyaya mənfi təsir göstərməsinin birinci səbəbi onun metan ilə qarşılıqlı əlaqəsi ilə bağlıdır. Hidrogen metan tullantılarını təmizləyən troposfer turşularına reaksiya verir. Metan isə ən güclü parnik qazlarından biridir və o, CO2 ilə müqayisədə atmosferi 80 dəfə daha sürətlə qızdırır. Hidrogen metanı havada saxlayır və bu isə öz növbəsində amosferin əlavə qızmasına səbəb olur.

    Hidrogenin ekologiyaya mənfi təsir göstərməsinin ikinci səbəbi isə yanacaq sızıntıları ilə bağlıdır. Hidrogenin sıxılmış qaz ilə birlikdə xüsusi balon daxilində saxlanması zamanı həmin balon hər gün öz həcminin 0.12-0.24%-ni itirir. Bundan əlavə olaraq hidrogenin kriogen maye şəklində xüsusi saxlama sistemində daşınması da hidrogenin sızmasına səbəb olur. Belə ki, saxlama sistemləri hər gün öz həcmlərinin 1%-ni itirirlər. Bütün bu sızdırılmış hidrogen atmosferə düşür. Alimlərin hesablamalarına əsasən dünyada istehsal edilən hidrogenin 1-1.5%-i nəticədə ətraf mühiti çirkləndirir. Beləliklə istənilən hidrogen sızıntısı dolayı yolla qlobal istiləşməyə səbəb olur. 

24 saat” “Hidrogen CO2 tullantıları ilə müqayisədə iqlim üçün 11 dəfə daha təhlükəlidir” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button