Siyasət

Hikmət Hacıyevin İran səfirilə görüşü

Bakı/14.09.21  Sentyabrın 13-də Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

“Biz gündəlikdəki ikitərəfli məsələlər üzrə səmərəli müzakirələr apardıq və gələcək perspektivləri nəzərdən keçirdik”, –  Hacıyev söhbətin yekunları ilə bağlı  öz Twitter hesabında yazıb.

Azərbaycan prezidentinin köməkçisi ilə görüşdən məmnunam. İkitərəfli əlaqələrimizin inkişafını və ümumi maraq doğuran məsələləri müzakirə etdik”, – Musəvi də öz Twitter hesabında yazıb.

Baxmayaraq ki, tərəflər görüşün detallarını açıqlamır, görünür, danışıqlar zamanı İranın yük avtomobillərinin Qarabağa qanunsuz yüklər daşıması ətrafında vəziyyət müzakirə edilib.

Azərbaycan daşımalara nəzarət etmək üçün sentyabrın 12-dən Azərbaycandan keçən və Gorus-Qafan yolu ilə gedən İran avtomobillərinin yoxlanışını və onlardan gömrük rüsumunun tutulmasını həyata keçirməyə başlayıb.—06D-

 

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button