2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Hikmət Hacıyev Armen Qriqoryanla görüşüb

Bu görüşdə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar da iştirak edib
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.
Bu görüşdə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar da iştirak edib.
Aİ rəsmisi bu görüş barədə özünün Twitter hesabından xəbər verib.
O bildirib ki, tərəflər arasında bu formatda ikinci görüşün keçirilməsindən məmnundur.
Bundan əvvəl Armen Qriqoryan Azatutyuna demişdi ki, onun Brüsseldə Hikmət Hacıyevlə görüşü planlaşdırılıb.
O demişdi ki, bu görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinə dair bir sıra məsələlər müzaklirə olunacaq.
Qriqoryan qeyd etmişdi ki, əgər bu görüşdə bütün məsələlərə aydınlıq gətirilsə, iki ölkə liderlərinin görüşü də keçirilə bilər.
Armen Qriqoryan və Hikmət Hacıyev arasında bundan əvvəlki görüşdən sonra, aprelin 6-da Brüsseldə İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilmişdi.
Həmin görüşdə vasitəçi Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel idi.
Bu da xəbər verilir ki, mayın 13-də Düşənbədə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilməlidir.

24 saat” “
Hikmət Hacıyev Armen Qriqoryanla görüşüb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button