2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Hikmət Hacıyev Ceyk Sallivan və Armen Qriqoryanla görüşüb

Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-i ABŞ-da bu ölkə prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə C.Sallivan bildirib: “Bu gün birbaşa, konstruktiv danışıqlar üçün Hikmət Hacıyev və Armen Qriqoryanla müzakirələr apardıq. Biz növbəti şiddətin qarşısının alınmasının, vaxta bağlı və diqqət mərkəzində olan danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və dayanıqlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyənləşdirdik”.

Bundan öncə Azərbaycan və Ermənistan xarici işlər nazirləri sentyabrın 20-də Nyu-Yorkda görüşmüşdülər. Ondan sonra ABŞ-dan tərəflərə bir ay ərzində yenidən görüşməklə bağlı çağırış səslənmişdi.

Amma iki həftə öncə Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşdi. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar. Ermənistan Azərbaycan hərbçilərinin onun ərazisinə daxil olduğunu, Azərbaycan isə qarşı tərəfin təxribatı ilə üzləşdiyini vurğulayıb. Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button