2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Hilal Baydarovun filmi növbəti festivalda

Yayımlandı: 18 Yanvar 2023 17:13

“Balıqlara xütbə” bu dəfə İtaliyada nümayiş olunacaq

Azərbaycanlı rejissor Hilal Baydarovun “Balıqlara xütbə” (“Sermon to the Fish”) filmi “Trieste” Film Festivalında nümayiş olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə məlumat festivalın rəsmi saytında yerləşdirilib.

İtaliyanın “Trieste” Film Festivalı “Alpa Adria” kino assosiasiyası tərəfindən təşkil edilən illik film tədbiridir.

Festivalın əsas məqsədi kino haqqında məlumatların yayılması, xüsusilə Mərkəzi və Şərqi Avropa ölkələrində kino xadimlərinin qarşılıqlı əlaqəsi üçün şərait yaratmaqdır.

Festival yanvarın 21-dən 28-dək davam edəcək.

Hilal Baydarovun filmi yanvarın 28-də göstəriləcək.

“Balıqlara xütbə”nin dünya premyerası 2022-ci ildə keçirilən 75-ci “Locarno” Film Festivalında olub.

Ekran işi bir sıra beynəlxalq festivallarda nümayiş olunub, mükafatlara layiq görülüb.

“Balıqlara xütbə” Azərbaycan, Meksika, İsveçrə və Türkiyənin birgə istehsalıdır.

Ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcandır.

Filmdə Rəna Əsgərova, Orxan İsgəndərli, Hüseyn Nəsirov çəkiliblər.

Filmdə müharibədən qayıdan əsgər müəmmalı bir xəstəlik üzündən doğma kəndində hər kəsin diri-diri çürüdüyünü görür.

Sağ qalan yeganə bacısı da yavaş-yavaş çürüyür.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button