2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Hillari Klinton geri addım atdı

Moderator.az xəbər verir ki, bir həftə bundan əvvəl Türkiyəyə baxmayaraq Suriyada YPG adı altında terror fəaliyyətlərini davam etdirən PKK-nı dəstəkləməyə davam edəcəyi bəyan edən Hillari Klinton geri addım atıb.

Müşaviri vasitəsilə Türkiyəyə zeytun budağı uzadan Klinton Türkiyə ilə çalışmağın özü üçün çox əhəmiyyətli olduğunu, həm də Türkiyənin illərdir təklif etdiyi etibarlı və uçuşa qadağ olunmuş bölgələrini dəstəklədiyini bildirib.

ABŞ-da gələn ay keçiriləcək prezident seçkilərində Demokratların namizədi olan Hillari Klintonun yarışdan qalib çıxacağı təqdirdə Türkiyə ilə tərəfdaşlıq edəcəyini bildirilib. Klintonun xarici siyasət üzrə müşaviri Laura Rosenberger açıqlamaları zamanı “Əlbəttə, Türkiyə ilə birlikdə çalışmaq Klinton üçün mühüm prioritet olacaq. Türklər NATO müttəfiqidir, bir çox fərqli məsələdə ABŞ-ın çox mühüm strateji tərəfdaşıdır. Bu səbəbdən Klinton əlbəttə ki,Türkiyə ilə birlikdə işləmək istəyəcək” fikrini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Rozenberq daha sonra bunları əlavə edib: “Hillari Klinton və prezident Obama böyük mənada eyni strateji mövqeyi bölüşürlər. Klinton ilk 4 illik fəaliyyəti dövründə Obamanın xarici işlər naziri idi. Gündəmin yaradılmasına kömək edirdi. İrəli baxanda, bu gün dünyada qarşı-qarşıya olduğumuz bir çox problem var və Klintonun hakimiyyətdə prezident Obamadan fərqli mövqe nümayiş etdirdiyi sahələr də var. Məsələn, Suriya məsələsində Klinton ən başdan bəri mülayim müxalifət ünsürlərinin silahlandırılmasını dəstəkləyirdi. Obama administrasiyası daha sonra bu addımı atmağa qərar verib, amma Klinton bunu daha əvvəl müdafiə etmişdi. Hazırda həmçinin Suriyada təhlükəsiz bölgələrin altında uçuşa qadağan zona yaradılmasını müdafiə edir. Bunu həm ruslar, həm də Əsəd üzərində əlavə təzyiq yaratmağın çox mühüm bir vasitə kimi görür. Bu həmçinin meydandakı suriyalı vətəndaşların qorunması, qaçqın böhranının qarşısının alınması, suriyalılara ölkələrində qalmağın bir yolunu təqdim etməsi və humanitar yardımlara çatdırılmasının də əhəmiyyətli bir yoludur. Klinton bütün bunların çox mühüm əhəmiyyət daşıdığına inanır”.

Qeyd edək ki, Klinton bir həftə öncə Türkiyənin reaksiya və xəbərdarlıqlarına baxmayaraq Suriyada müxtəlif adlar altında terrorçu fəaliyyətlərini və PKK-ni dəstəkləyəcəyini açıqlamşdı.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button