2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Hillary Clintona pnevmaniya diaqnozu qoyulub

ABŞ-ın Demokratlar partiyasından prezidentliyə namizəd olan Hillary Clinton pnevmaniyaya görə müalicə olunub, həkimlər bu haqda o, xəstələndiyinə görə 9/11 mərasimindən ayrılandan sonra açıqlama verib.

Həkim Lisa Bardack deyib ki, ona cümə günü pnevmaniya diaqnozu qoyulub və antibiotiklər verilib, lakin New Yorkda keçirilən mərasimdə o, halsızlaşıb.

Həkimlərin yaydığı bəyanatda onun səhhətinin indi yaxşı olduğu deyilsə də, təbliğat rəsmiləri deyib ki, o, xəstəliyi səbəbindən Californiaya olan səyyahətini təxirə salıb.

Saytların yığılması Saytlarin yigilmasi

Xanım Clinton bazar ertəsi Californiaya iki günlük səfərə gedəcəyi və orada iqtisadiyyatla bağlı çıxışı gözlənilirdi.

“Dövlət katibi Clinton allergiya ilə bağlı öskürəkdən əziyyət çəkir. Cümə günü uzun sürən öskürəkdən sonra ona pnevmaniya diaqnozu qoyulub”, həkim Bardack-in açıqlamasında deyilir.

“Ona antibiotiklər təyin olunub və istirahət etmək və qrafikini dəyişdirmək məsləhət olunub”, açıqlamnın davamında deyilir.

Bazar günü yayılan videoda görünür ki, xanım Clinton New Yorkda keçirilən 11 sentyabr hadisələrinin 15 illiyini yad edən mərasimi tez tərk edəndən sonra onu bir neçə nəfər ayaq üstə tutaraq maşına əyləşdirib.

Ötən ay həkim Bardack deyib ki, onun “səhhəti əla vəziyyətdədir və ona ABŞ-ın prezidenti olamağa imkan verir”.

O, qan laxtalanması ilə bağlı 2012-ci ildə əməliyyat keçirdikdən sonra tam sağalıb, həkim deyib.

Donald Trump da eyni mərasimə qatılıb
Donald Trump da eyni mərasimə qatılıb

Clinton kampaniyasının nümayəndələri rəqiblərini “Clintonun səhhəti haqqında anlaqsız müzakirələr aparmaqda” günahlandırıb.

Xanım Clintonun 68, onun Respublikaçılardan olan rəqibi Donald Trump-ın isə 70 yaşı var.

Bazar günü hadisədən sonra qızının New Yorkdakı evindən çıxan xanım Clinton deyib: “Mən özümü yaxşı hiss edirəm. Bu gün New Yorkda gözəl bir gündür.”

Sonradan o, öz evinə yola düşüb və bazar günü gecə həkim Bardack səhhəti ilə bağlı məlumatları yeniləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button