2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Hindistan Pakistan diplomatlarının yarısını ölkədən çıxarır


Hindistan bildirib ki, qonşu Pakistanın Nyu Delhidəki səfirlik heyətinin yarısının ölkədən çıxarılmasına dair qərar qəbul edib.

Hindistan sözü gedən diplomatları “casusluq aktlarında” və “terrorçu təşkilatlarla əlaqələrdə” ittiham edir.

Bundan başqa Hindistan hadisələri qabaqlayaraq özünün İslamabaddakı diplomatik heyətinin eyni qədərini ixtisar edəcəyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

İyunun 23-də verdiyi bəyanatda Hindistan Xarici İşlər Nazirliyi bildirir ki, 7 gün ərzində həyata keçiriləcək bu prosedur barədə Pakistanın Nyu Delhidəki səfirliyinə bildiriş verilib.

Pakistan rəsmiləri hələki bu hadisə barədə heç bir açıqlama verməyiblər.

 

Qarşılıqlı qovmalar adi praktikaya çevrilib

Son zamanlar iki nüvə qonşusu arasında münasibətlər gərginləşib və diplomatların qarşılıqlı qovulması adi praktikaya çevrilib.

Bununla əlaqədar iki ölkənin səfirliklərində səfir vəzifələri boş qalır.

Hindistan mayın 31-də Pakistanın iki diplomatını persona non grata elan etmişdi. Onlar casusluq fəaliyyətində ittiham olunurdular.

İslamabad bu iddiaları rədd etmişdi.

Ötən ay iki ölkə bir-birini diplomatların qanunsuz saxlanmasında və onlara qarşı nəzakətsiz rəftarda ittiham etmişdi.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button