2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hindistan unikal peyk buraxdı

Hindistan, ölkənin cənub-şərqində yerləşən Şrixarikota kosmik mərkəzindən yeni telekommunikasiya peykini buraxıb. Baş nazir Narendra Modinin sözlərinə görə, bu işdən bütün Cənubi Asiya qazanacaq.

Təhlilçilər Modinin “kosmik diplomatiya” layihəsini belə qiymətləndirib: Maldiv Adaları, Şri-Lanka, Nepal, Butan və Banqladeş peykin işindən qazanacaq, amma Hindistanın ənənəvi rəqibi Pakistan layihədə iştirakdan imtina edib.

Saytların yığılması Saytlarin yigilmasi

Cənab Modi peykin işə salınmasına məsul olan mütəxəssisləri şəxsən təbrik edərək onlarla çox fəxr etdiyini bildirib.

Hindistanın Kosmik tədqiqatlar təşkilatı (ISRO) peyki üç ilə hazırlayıb və o, GSLV raketi ilə orbitə göndərilib.

Modinin “bütün Asiya üçün hədiyyə” adlandırdığı bu cihaz iştirakçı ölkələrə təbii fəlakətlər haqqında dəyərli məlumatlar verə biləcək.

Peyk bütün əlavə infrastrukturları ilə birgə altı dövlətə 1,5 milyard dollara başa gəlib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button