Dünya

Hindistan və Çin orduları arasında sərhədlə bağlı danışıqlar dalana dirənib

Hindistan və Çin orduları komandirləri arasında sərhədlərindəki əsas toqquşma bölgəsindən əsgərləri çıxarmaq üçün gedən danışıqlar dalana dirənib. Beləliklə 17 aydır davam edən və bəzən ölümlə nəticələnən toqquşmaların qarşısını almaq mümkün olmayacaq.

Davam edən qarşıdurmalar iki ölkənin qoşunlarını Ladax bölgəsində ikinci qış şaxtalı hava şəraitində təhlükədə saxlayacağı anlamına gəlir.

Hindistanın Müdafiə Nazirliyi verdiyi açıqlamasında “konstruktiv təkliflər” verdiyini, lakin Çin tərəfinin “razı olmadığını” və “heç bir perspektivli təklif verə bilmədiyini” bildirib.

Çin ordusunun nümayəndəsi tərəfindən verilən açıqlamada isə “Hindistan tərəfin məntiqsiz və qeyri-real tələblər irəli sürdüyü və danışıqları mürəkkəbləşdirdiyi” deyilib.

Hər iki tərəfin ordu komandirləri iki aylıq fasilədən sonra bazar günü Çin tərəfin Ladax bölgəsindəki Moldoda bir araya gəlib.

Fevral ayından bəri həm Hindistan, həm də Çin Panqon Tso, Qoqra və Qalvan Vadisinin şimal və cənub sahillərindəki bəzi yerlərindən qoşunlarını geri çəksələr də, bəsi yerlərdə genişmiqyaslı hücumlar çərçivəsində əlavə ordu saxlamaqda davam edirlər.

Hindistan mətbuatının bildirdiyinə görə, Demçok və Depsan düzənliklərinə əlavə qoşun yerləşdirilib.

Bazar günü danışıqları Hindistan ordusunun baş komandanının Çinin həmin bölgəyə kütləvi şəkildə qoşun və silah yerləşdirdiyini bildirməsi ilə eyni vaxta təsadüf edib.

Çinin Qərb Komandanlığının polkovniki Lon Şohuanın bəyanatında “Çinin suverenliyini qorumaq əzmi sarsılmazdır və Çin Hindistanın vəziyyəti səhv qiymətləndirməyəcəyinə ümid edir” deyilir.

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button