Bizim tərcümə

Hindistanda 100 milyon doza Covid-19 peyvəndi məhv edilib

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-21 16:48:39

Hindistan Serum İnstitutunun (SII) baş direktoru Adar Poonawala verdiyi açıqlamada, ölkədə koronavirusa qarşı ən çox istifadə edilən “Covishield” peyvəndinin istehsalının tələbin azalması ilə 2021-ci ilin dekabrında dayandırıldığını bildirdi.

Poonawala, “İnsanların korona virusundan bezdiyinə görə indi xatırlatma dozalarına tələbat yoxdur. Düzünü desəm, mən də bezmişəm. Hamımız bezmişik” dedi. Poonawala, 100 milyon doza koronavirus peyvəndinin məhv edildiyini, 9 ay saxlama müddəti olan peyvəndlərin son istifadə tarixinin sentyabrda olduğunu bildirdi. “İrəli gözləyən insanlar hər il qripə qarşı peyvənd ala bilərlər. Ancaq Hindistanda Qərbdəki kimi hər il qrip peyvəndi alma mədəniyyəti yoxdur” dedi Poonawala.

Saytların yığılması Saytlarin yigilmasi

Hindistanda təxminən 2 milyard doza peyvənd tətbiq edilib. Hindistanda istehsal olunan peyvəndlərin 90 faizindən çoxu Covishield-in payına düşür.
Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, əhalinin 70 faizindən çoxunda ən azı iki dozada koronavirus peyvəndi var.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button