2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Hindistanın cənubunda leysan yağışlar 8 nəfərin ölümünə səbəb olub

Hindistanın cənubunda Kerala ştatında yağan leysan yağışlar nəticəsində azı səkkiz nəfər ölüb, onlarla insan itkin düşüb.

Press Trust of India xəbər agentliyinin verdiyi məlumata görə, şənbə baş verən leysan yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Bazar günü ərazidə xilasetmə işləri aparılıb.

Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələri və Hindistan ordusu xilasetmə işlərinə yardım etmək üçün ən çox ziyanın dəydiyi Kottayam və İdukku mahallarına göndərilib. Orada onlarla insanın hələ də itkin olduğu güman olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Televiziyada yayımlanan görüntülərdə şənbə günü leysan yağışlar başladığı zaman insanların sinələrinə qədər olan suların içindən keçərək demək olar batmış avtobusun içindən sərnişinləri xilas etdikləri göstərilib.

Rəsmilər deyir ki, intensiv yağışlar dayanıb, amma onlar xilasetmə işləri davam etdiyi bir vaxt, tələfatların artacağından narahatdırlar.

Daxili işlər naziri Amir Şah deyib ki, federal hökumət Keraladakı vəziyyəti izləyir və ştatı lazım olan bütün mümkün dəstəklə təmin edəcək. “Biz hər kəsiz təhlükəsizliyi üçün dua edirik,” deyə o, Twitter-də yazıb.

Keralada 2018-ci ildə musson yağışları nəticəsində fəlakətli daşqınlar baş verib. Nəticədə 223 insan həyatını itirib, yüzlərlə insan evlərindən didərgin düşüb.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button