2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hindli nazir toyda 700 gəlinə dəyənək payladı

Hindistanın Madhya Pradesh əyalətində 700 cütlüyün toplu toyuna qatılan bir nazir gəlinlərə taxta dəyənək paylayıb.
Nazir gəlinlərə səslənərək, dəyənəkləri “ərlərinin səxoş olması və onları döyməsi halında” işə salmalarını istədi. Təxminən 40 santimetr uzunluğundakı dəyənəklərin üzərində “sərxoşları döymək üçün istifadə olunur” və “polis müdaxilə etməyəcək” kimi mesajlar yer aldı.
Dəyənəkləri gəlinlərə paylayan nazir Gopal Bhargava xüsusilə kənd yerlərində “ailə içi şiddət” probleminə diqqət çəkmək istədiyini söylədi.

Gopal Bhargavanın gəlinlərdən tək istəyi isə dəyənəkləri istifadə etməzdən əvvəl “ailə içi şiddətə əl atan sərxoş ərlərini” son dəfə dilə tutmaq oldu. Hind nazir daha sonra gəlinlərin dəyənəkli fotolarını Facebook səhifəsində paylaşdı. Nazir əyalət toylarında gəlinlərə paylamaq üçün ümumi 10 min dəyənək sifariş verdiyini söylədi.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button