2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hirkan Milli Parkında yanğının söndürülməsi davam edir


Yanvarın 15-də Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğın bir istiqamətdə söndürülüb.

Bu barədə yanvarın 16-da Fövqəladə Hallar Nazirliyi məlumat yayıb:

“Yanğının davam etdiyi digər istiqamətdə isə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yanğının söndürülməsinə relyef şəraitinin mürəkkəbliyi, habelə havanın küləkli olması mane olur. Bununla belə, yanğının daha geniş əraziyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.”

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda qeyd edilir ki, yanğının söndürülməsinə nazirliyin Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi, Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları cəlb olunub.

İcra Hakimiyyətindən açıqlama…

Həmin ərazi İranla sərhədin yaxınlığında yerləşir.

Astara Rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Xanverdi Şirinovun deməsinə görə bu gün, yanvarın 16-da yanğın tamamilə söndürülməlidir:

“ Dağlıq ərazidir, İranla sərhəd zonasıdır.Armudu kəndi ilə Qızıl post deyilən yerdədir. Yanğını qismən söndürüblər, kol- kos yanıb.Yanğın iri ağacları əhatəyə ala bilməyib.Yanğın, haradsa, 15 hektarı əhatə edib. Əvvəllər orada yaşayış olub.İndi orada yaşamırlar.Orada ancaq tüstü var, alov yoxdur.”

Xatırlatma

Hirkan Milli Parkı Lənkəran inzibati rayonunun ərazisində yerləşir. Sahəsi 40 358 hektardır (403,58 km²).

Florası: Şabalıdyarpaq palıd, dəmirağac, vələs, Lənkəran akasiyası…

Faunası: Bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot…

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button