2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Hitler üsulları ilə karantin

“Evdə qal” və “evdə öl” idarəçiliyi

Saytların yığılması Saytlarin yigilmasi

Dünyada müxtəlif idarəçilik formaları olub. Amma tarixin yaddaşında ən anti-bəşəri ideologiya kimi faşizm qalıb. Faşizmin anti-insani üsulları, işgəncə laboratoriyaları, Hitlerin manyaklığı, Göbbelsin xarakteri haqqında çox oxumuşuq, filmlərə baxmışıq. Amma dünya faşizmdən xilas oldu, demokratik, bəşəri dəyərlər qalib gəldi, hüquq və azadlıqlar önə çıxdı.Bəli, demokratiya, qanunun aliliyi kimi dəyərlərin arzusuyla yaşayarkən, başımıza ikinci faşizm bəlası gəldi. 102 il öncə dünyaya demokratiya dərsi keçən dövlət, 102 il sonra eybəcər idarəçiliyin mərkəzinə çevrildi. Bu gün YAP ideologiyasını, Əliyev idarəçiliyini ancaq faşizmlə müqayisə etmək olar. “Mənim kimi düşünməyən, mənim düşmənimdir” şüarı Əliyev idarəçiliyinin ana şüarıdı. Hitlerin işgəncə laboratoriyaları var idi. İlham Əliyevin də var. Nardaran hadisələri, Gəncə hadisələri, Tərtər hadisələri 100 il əvvəl deyil, dünən baş verib. Müxalifətçilərə qarşı anti-insani davranışı hər gün müşahidə edirik. Naxçıvanda baş verənləri unutmamışıq. Elektroşok, məngənə, dırnaq çıxarmaq, çarmıxa çəkmək və s. Əliyev faşizminin məharətlərindəndi. Hitler də azad sözün düşməniydi, kitabları yandırırdı, özünü üstün insan hesab edirdi. Əliyev də ona yarınmayan yazıçının kitabın yandırır, atasının adın ensiklopediyaya salamyan alimi qovur, ona təzim etməyən ziyalıları didərgin salır, etiraz edənləri şərləyir, atanı övladdan, bacını qardaşdan imtinaya məcbur edir. Və hər addımıyla mesaj verir ki, bu dövlət və onun sərvətləri mənim şəxsi mülkümdü.

Ötən gün daha bir ilkə imza ataraq “övladımı dolandıra bilmirəm” üsyanı edən adamı dəlixanaya saldırdı. Bəli, bu ölkədə yaltaqlanmayan, Əliyevin qılıncının altından keçməyən hər kəs potensial məhbusdu, dəlidi və işgəncə laboratoriyasından keçmək ehtimalı böyükdür.Ümumiyyətlə, Əliyev idarəçiliyində müqəddəs olan yalnız puldur. Qalan bütün dəyərlər tapdaq edilib. Bu idarəçilik minlərlə insanı ağlar qoyub, minlərlə qabarlı əlin haqqına girib.İndiki mərhələdə isə faşizmin növbəti əlaməti özünü göstərir. Bütün dünya koronavirusla mübarizə aparır, hökumətlər vətəndaşlarına maddi yardım edir, dövlət rəhbərləri həmrəyliyə nail olmaq istəyir.

Bəs, İlham Əliyev nə edir?

Yaranmış vəziyyətdən rəqiblərini məhv etmək üçün, şər ideyalarını genişləndirmək üçün istifadə edir. Amma Hitlerçilik təkcə müxalifətə qarşı münasibətdə ifadə olunmur. Karantinə alınmış tələbələrin etiraz görüntüləri yayılır. Məlum olur ki, Naxçıvanda etiraz edən tələbələr döyülüb, bəziləri polisə aparılıb. Yaxud, sərhəddən görüntülər yayılır və görünür ki,  insanlara sahib çıxılmır. Çətin vəziyyətdə olan vətəndaşın qarşısına da polis dəyənəyi ilə çıxırlar. Sosial şəbəkələrdəki səs-küy olmasaydı, Türkiyədə hava limanında qalan tələbələr də sahibsiz qalacaqdı. Koronavirus fonduna küllü miqdarda vəsait yığılsa da, vətəndaşlara yardım olunmur.Sərtləşdirilmiş karantin rejiminə keçməklə, işlərin bitmiş hesab edirlər. Vətəndaşa “evdə qal” demək çox asandı, amma vətəndaşın evdə ölməməyi üçün heç bir addım atılmır. Karantin rejiminə əməl etmək,  işıq, su, qaz pulun vermək, bank kreditin ödəmək tələ edilir. Amma bunu necə etməyin yolu göstərilmir. Məhbuslar bir tərəfdə, tələbələr bir tərəfdə, yoluxmuş adamlar bir tərəfdə, aztəminatlı ailələr də bir tərəfdə Allahın ümidinə buraxılıb. Əsas odur ki, hakim ailənin “Bravo”su, bankları işləsin, gəlirsiz qalmasın. Vətəndaşa bu formada “evdə qal” demək, “evdə öl” deməkdi. Varlı ölkənin səfil sakinlərinə bu təklif olunur. Hitlerin ağlına gəlməyən, İlham Əliyevin ağlına gəlib. Bu “üstün ağıl”,  taleləri “alt-üst” etmək üçün yararlıdır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button