2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaRedaktorun seçimi

Hitlerlə bağlı yeni faktlar ORTAYA ÇIXDI: Səddam Hüseyn, şokoladlı bomba…

Faşist Almaniyasının rəhbəri, XX əsrin ən qəddar diktatorlarından olmuş Adolf Hitlerlə bağlı bir sıra faktlar üzə çıxıb.

Araşdırmaçıların media vasitəsilə ictimaiyyətə təqdim etdikləri məlumatların nəticələrində bəzi maraqlı məqamlar yer alıb.
Adolf Hitlerin Amerika sahibkarlarına münasibəti mənfi idi. Amma Adolf amerikalı ixtiraçı Henri Fordun idarəçilik qabiliyyətinə, həmin dövrdə çətin görünən iqtisadi uğurlarına o qədər heyran olmuşdu ki, öz nitqlərində amerikalı iş adamının adını vurğulayır, hətta onun şəkillərini saxlayırdı. Bununla yanaşı, Hitler hər il Fordun doğum günlərində ona hədiyyələr göndərirdi.
Faşist Almaniyasının lideri SSRİ paytaxtı Moskvanın bütün sakinlərini məhv etməyi planlaşdırırdı. Əgər almanlar 1941-ci ilin qışında SSRİ-nin paytaxtını ələ keçirsəydilər, Moskvanın ərazisində böyük su anbarı, yaxud süni göl inşa ediləcəkdi.
İngilis və amerikalı hərbçilər Hitlerin sevimli generalı, sonralar feldmarşal rütbəsinə ucalmış Ervin Rommeldən qorxur, Şimali Afrikadakı hərbi uğurları ilə şöhrət qazanmış ali rütbəli alman zabitindən ehtiyatlanırdılar. Antihitler koalisiyasının üzvləri “Səhra tülküsü” ləqəbli Rommelin fotolarını hərbi qərargahın divarlarından, gəmilərdən asaraq “Bu adam təhlükəlidir” sözlərini yazırdılar. Məhz bu general Hitlerin bütün yəhudi əsirlərini məhv etmək barədə göstərişini rədd etdi. Maraqlı cəhət burasındadır ki, Hitler marşalın bu addımına göz yummuşdu.
Almaniyanın qəddar diktatoru həkimlərə inanmır, bədən ölçüsünün sirli qalması üçün dərzilərə də müraciət etmirdi. Buna görə də fürerin yeni paltarlarını köhnələrin ölçüsündə tikirdilər.
Hitler 1942-ci ildən intihar etdiyi günədək narkotik maddələrdən istifadə edirdi. Sonralar məlum oldu ki, o, əsirlərə və girovlara qarşı vəhşilik etmələri üçün alman əsgərlərinə də narkotik maddələrdən istifadə etməyə icazə verib.
İraq prezidenti Səddam Hüseynin gizli bunkerinin layihəsini hazırlayan şəxs Adolf Hitlerin bunkerinin sxemini hazırlayan qadının nəvəsidir.
Məşhur “Time” jurnalı 1938-ci ildə Hitleri “İlin adamı” elan etmişdi.
Almaniyanın füreri ictimai yerlərdə papirosun reklam edilməsini qadağan etmişdi. Bu, Avropada ilk qadağa idi. Hitler papiros çəkmir, kabinetində, öz yanında da kiminsə papiros çəkməsinə icazə vermirdi.
İnsanlara qarşı qəddar olan diktator heyvanlara qarşı olduqca mülayim idi. Hitler heyvan ətini yemir, Almaniyada heyvan ovunun maksimum məhdudlaşdırılmasına çalışırdı.
O, yaşıllıqların məhvinə, ağacların kəsilməsinə qarşı çıxırdı. 1936-cı il Berlində keçirilmiş Olimpiya oyunlarının qalibləri Hitlerdən hədiyyə olaraq palıd ağacının şitillərini aldılar. Hitler elə həmin Olimpiadada qalib gəlmiş zəncinin əlini sıxıb onu təbrik etməkdən imtina etmişdi. İrqçi fürerin bu hərəkətinə məhəl qoymayan idmançı “Mən bura alman fürerinin əlini sıxmağa yox, qalib gəlməyə gəlmişdim”, – atmacası ilə reaksiya bildirmişdi.
Hitlerin də Stalin kimi sülh üzrə Nobel mükafatı nominasiyasına namizədliyi irəli sürülmüşdü.
Faşist Almaniyasının rəhbəri şirin dadı sevirdi. O, qadın xəttinə malik idi. Bəziləri hətta Adolfun homoseksual olmasından şübhələnirdilər.
Çörçil Hitlerin məhvi üçün Xüsusi Əməliyyat İdarəsi adlı məxfi qurup yaratmışdı. Bu qrupda xüsusi təlim görən ingilis, çex, slovak əsgərləri Adolfun aradan götürülməsi üçün gizli əməliyyata hazırlaşırdılar. Elə Hitler də Çörçili fiziki cəhətdən məhv etməyi planlaşırırdı. Bu əməliyyat partlayıcı maddənin şokoladın içinə yerləşdirilməsilə reallaşmalı idi. Lakin sui-qəsd planı alınmadı.
Hitler “Məhv olmuş irqlər” muzeyində nümayiş etdirilmək üçün tarixə satqın düşmüş bəzi yəhudilərə aid faktları, fotoları böyük həvəslə yığırdı.(publika.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button