2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Hizbullah” hərəkatının gizli maliyyə şəbəkəsi

“Hizbullah” hərəkatının tərəfdarları Aşura günü yürüşdə

© AP Foto, Hüseyn Malla

 

Saytların yığılması Saytlarin yigilmasi

“Hizbullah”n baş katibi iddia edir ki, partiyanın yarandığı 1982-ci ildən maliyyələşmə yalnız İrandan daxil olur. İran onu “bölgəsəl qüvvə”yə çevirməyə cəhd edib ki, sonralar bölgədə öz məqsədlərinə çatmaq üçün yararlansın. Lakin fikir var ki, bu təşkilatın digər maliyyələşmə qaynaqları, yəni rəsmi maliyyə sisteminə paralel mövcud olan çox mürəkkəb maliyyə sistemi də var. ABŞ başda olmaqla bir çox ölklər bunu aşkarlamaq və nəticədə kökünü kəsmək cəhdləri göstərib.

 

“Hizbullah”ın kölgə iqtisadiyyatı

 

“Hizbullah” partiyası maliyyə axınları haqda məlumatrlar Livanın bank sisteminin rəsmi statistikasında əks olnmasın deyə, Livan dövləti və institutlarının hüdudlarından kənara çıxan iqtisadiyyatını qurmağa nail olub. Partiya yarandığı andan istisnasız olaraq Tehranın maliyyə yardımına güvənib. Livan qaynaqları xəbər verir ki, “Hizbullah” 80-ci illərdə hər il 100 milyon dollar həcmində məbləğ alıb, vaxt keçdikcə isə 600 milyon dollara qədər artıb.

Bu cür dəstək partiyanın maddi və hərbi xərclərini bağlayır, həmçinin bu vəsaitdən partiyanın həlak olmuş üzvlərinin ailələrinə sosial yardım və işsizliyə görə müavinət verilir.

“İqtisadiyyat” sözü müəyyən qayda və normalara uyğun olaraq istehsal, bölgü, mübadilə, əmtəə istehlakı və xidməti ehtiva edir. Livan hökuməti həm hərbi, həm də siyasi təşkilatı təmsil edən “Hizbullah”ın rolunu etiraf edir. Güman edilir ki, bu partiyanın keçirdiyi bütün tranzaksiyalar xaricdən və yaxud istənilən başqa qaynaqdan gəlsə də, dövlətə tabedir.

“Hizbullah”ın İrandan böyük məbləğdə pul aldığı faktı nəzərə alınsa, maliyyə köçürmələri bank əməliyyatları vasitəsilə həyata keçirilməlidir. Lakin bu, son zamanlar baş vermir. Burada partiyanın kənar maliyyələşmə qaynaqlarını tapmağa cəhd edənlərin hamısı üçün problem meydana çıxır. Maliyyə sövdəsi nəqd vəsaitlərlə məhdudlaşır, axı “Hizbullah” maliyyə köçürmələri, depozit və yaxud qəbz almaqdan çəkinir ki, bu da öz növbəsində maliyyə əməliyyatlarına nəzarət mexanizmni olduqca qəlizləşdirir. Məlumat sızıntısı, maliyyə məsrəflərinin gözlənilən hesablaşması və yaxud Amerika kəşfiyyatının hesabatından savayı hər hansı bir rəsmi məlumatın olmaması üzündən əldə olan məlumat güman və virtual fərziyyələrə bərabər tutulur.

“Kölgə iqtisadiyyatı” termininin meydana çıxmasının səbəbi də məhz budur. Kölgə iqtisadiyyatı dünyanın bir çox ölkələrində mövcud olan qeyri-rəsmi iqtisadiyyatdan fərqlənir. Treyderlər qrupu paralel iqtisadiyyatda bazara dövlətin siyasəti və rəsmi iqtisadiyyatına zidd müəyyən siyasət sırıyır ki, maksimal gəlir əldə etsin. Bu, mal və xidmət qiymətlərində spekulyasiya vasitəsilə həyata kerçirilir. Kölgə iqtisadiyyatı müəyyən məqsədə yetmək üçün mafiya maraqlarının gerçəkləşməsinə əsaslanır. Məsələn, maliyyə sistemi onların milyon dollarla dəyərləndirilən maliyyə yardımı kimi aldıqları gəlirləri nəzərə alımır. Bütün bunlar pulların yuyulmasına oxşayır və yaxud da tam bu cürdür.

Livan silahlı qüvvələrinin saytında “Hizbullah”ın gizli iqtisadi fəaliyyətinə toxunan dərc edilmiş “Dağıntı iqtisadiyyatı” başlıqlı məqaləyə əsasən, bu partiyann iqtisadiyyatının istənilən araşdırıcısının qarşısında duran problem bundan ibarətdir ki, bu iqtisadi fəaliyyət mübarizə və müqavimətin siyasi ideyaları ilə sıx bağlıdır.

İkinci problem budur ki, bu cür fəaliyyət adi sayılmır: müqəddəslik haləsinə bürünüb və şəriət qanunlarına tabedir. Amma heç bir qanun və ölkə konstitusiyası buna icazə vermir.

 

Partiyanın maliyyə qaynaqları

 

Partiya pulları əldə etdikdən sonra ABŞ-ın “Hizbullah”a, onunla bağlı müəssisələr və fiziki şəxslərə qoyduğu sanksiyalar üzündən pulu dərhal xərcləməyə və ya köçürməyə çalışır. Partiyanın aldığı məbğlər haqda dəqiq məlumatlar olmadığına görə, “Hizbullah”ın büdcəsi haqda bütün məlumatlar ABŞ-ın məruzəsinə əsaslanır. Onda İrandan hər il alınan 200 milyon dollardan danışılır. Rafiq Həriri və 2006-cı il iyul müharibəsi kimi mühüm hadisələrdən sonra bu məbləğ bir qədər də artıb.

Qeyd etmək lazımdır ki, “Hizbullah”ın əli şiə biznesmenlərin ən çox yerləşdiyi Qərbi Afrikaya çatarkən partiya maliyyələşmənin başqa qaynaqlarına əl atıb. Obamanın başçılıq etdiyi keçmiş ABŞ administrasiyası hələ keçən il “Hizbullah”ın Afrikaya və Amerika qitəsinə pul köçürmələri və tranzaksiyalarının hərəkətini izləməyə başlamışdı. ABŞ Nümayəndələr Palatası 2012-ci ildə bildirib ki, “Hizbullah”ın Livanadakı bütün gəlirlərinin 30%-i narkotik qaçaqmalçılığı, istehsalı və satışındandır.

ABŞ Senatı 2015-ci ildə “Hizbullah”a qarşı qətnaməni böyük səs çoxluğu ilə bəyənib, həmçinin onu narkotik alveri və qaçaqmalçılıqla məşğul olan təşkilatlar siyahısına daxil etməyi tələb edib.

“New York Times”-ın məlumatına görə, xüsusi xidmətlərin əksəriyyəti hesab edir ki, “Hizbullah” qanunsuz yollarla əldə edilmiş “çirkli pullar“dan yararlanır. Vaşinqton institutunun direktoru 2004-cü ildə “Hizbullah”ın Afrika şöbəsinə dair terrorizmlə mübarizə planı hazırlayıb. O deyib: “Bu partiyanın fəalları Afrikada yatırım qoyur və böyük məbləğdə pul yuyurlar. Onlar yerli fəalları ələ alıb xidmətə götürür və kəşfiyyat məlumatı toplayırlar”.

Seçim Afrikaya təsadüfən düşməyib. Bütün bunlar “Hizbullah”a, yəni Afrikada yaşayan xeyli sayda şiə və livanlı mühacirlərə maliyyə yardımı göstərmək, həmçinin Qvineya, Syerra-Leone, Liberiya və Afrikanın başqa ölkələrinin varlı sakinlərinin maddi rifahı üçün edilir.

ABŞ SQ-nin Avropa komandanlığının komandiri, admiral Ceyms Corc Stavridis 2009-cu ilin əvvəlində narkotiklərin qanunsuz dövriyyəsi və terrorizmə dəstək arasındakı qarşılıqlı əlaqələr üzrə ABŞ Nümayəndələr Palatasının nəzdindəki Silahlı Qüvvələr Komitəsi qarşısında ifadə verib. O, qeyd edib ki, 2008-ci ildə ABŞ Cənub komandanlığı və Narkotiklərlə mübarizə İdarəsi bandanı tam üzə çıxartmaq üçün narkotiklərin qəbul məntəqəsi olan ölkələrin xidmətləri ilə fəaliyyətini əlaqələndirib. Onlar bildiriblər ki, narkotrafikin təşkilində “Hizbullah”ın əli var və Argentina, Paraqvay, Braziliyanı əhatə edən “sərhəd üçbucağı”na aiddir.

Amerika və Kolumbiya tədqiqatçıları 2008-cı ilin sonunda  Kolumbiyada kök atmış və narkotiklərin qanunsuz dövriyyəsi və pul yuyulması ilə məşğul olan beynəlxalq bandanı ləğv edib. Məlumatda deyilir ki, illik həcmi yüz milyard dolları aşan gəlirin bir hissəsi “Hizbullah”ın maliyyələşməsinə gedib.

Əlbəttə, “Hizbullah”ın özü hesab edir ki, Amerikanın itithamları yalnız “onu hədəfə çevirmək və obrazını təhrif etmək” cəhdləridir.

 

Tərcümə Strateq.az-ındır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button