Loading...
Loading...
24 saat

Hökumət ermənilərə necə xidmət göstərir?

Rəsulzadənin adını tarixdən silmək istəyənlər düşmənin adını tarixə həkk etməklə məşğuldur

Uzun illərdi Azərbaycan hakimiyyəti rəqiblərini “erməni” arqumentiylə ləkələməyə çalışır. İstər ölkə daxilində, istərsə də ölkə xaricində hökumətin ünvanına tənqid səsləndirənlər avtomatik olaraq “ermənipərəst” adı alır. Amma realllıq bundan ibarətdir ki, bütün situasiyalarda ermənipərəst addımlar hökumətə məxsus olur. Ermənipərəst ölkələrdə xeyriyyə tədbirləri həyata keçirən, erməniyə atalıq edənlərdən “dostluq” ordeni alan, ermənilərin xahişi ilə zəfərə doğru yürüyən ordunu durduran, erməni hüquqşünaslarını Bakıda sevimli qonaq kimi qarşılayan məhz YAP hakimiyyətidir.

Amma hökumətimizin ermənilərə jesti bununla da məhdudlaşmayıb. Bugünlərdə məlum oldu ki, orta məktəb şagirdləri üçün nəzərdə tutulan dərslikdə təsvir kimi verilən xəritədə  Azərbaycan ərazisi tarixi Ermənistan kimi qeyd edilib. Təbii ki, bu mövzu geniş müzakirə mövzusuna çevrildi və hökumət müəyyən açıqlamalar verməyə məcbur oldu. Amma bu açıqlamaların ana xətti bu oldu ki, dərslikdə səhvlik olub. Bəli, bütün prinsipial, dövlətin maraqlarını ifadə edən məsələlərdə hökumətimiz həmişə səhv edir. Nə hikmətdirsə, bütün səhvlər də düşmənin aktivinə xal yazmağa xidmət edir. Rəsulzadələrin, Elçibəylərin adını ciddi cəhdlə tarixdən silmək istəyənlər, dərsliklərdə düşmənin adını tarixiləşdirməklə məşğuldular. Necə olur ki, hökumətin maraqlarına toxunan xırda məqam gözdən qaçmır, amma dövlətin maraqlarına zidd olan böyük məqamlar gözardı edilir?

Nəticə bundan ibarətdir ki, analoqsuz hökumət daha bir analoqsuzluğa imza atıb və bu imza düşmənə xidmət kimi də qəbul edilə bilər. Çox güman ki, düşmən  hökumətin bu “pas”ını,  qapımıza qol vurmaq üçün fürsətə çevirəcək.

Samir

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button