2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Hökumət Saakaşvilinin mülki klinikaya köçürüləcəyini deyir

Rati Breqadze hazırda həbsxanada olan keçmiş prezident Mixeil Saakaşvilinin müalicə üçün mülki klinikaya köçürülməsini təklif edib

Saytların yığılması Saytlarin yigilmasi

Gürcüstanın ədliyyə naziri Rati Breqadze hazırda həbsxanada olan keçmiş prezident Mixeil Saakaşvilinin müalicə üçün mülki klinikaya köçürülməsini təklif edib.

Son zamanlar Saakaşvilinin sağlıq durumunun xeyli pisləşdiyi xəbər verilirdi.

Nazir mayın 10-da təkliflə bağlı deyib:

“Biz məsuliyyətli dövlətik və daim istənilən şəxsin həyat və sağlamlığının maraqlarından hərəkət edirik. Odur ki, biz hər hansı başqa məhbusa göstərməli olduğumuz qayğı çərçivəsində Mixeil Saakaşviliyə Tbilisidəki Vivamed klinikasına köçürülməsini təklif edəcəyik. O orada müayinə, lazım gələrsə, müalicə ediləcək”.

Breqadzenin bu bəyanatından əvvəl Tbilisi məhkəməsi keçmiş prezidentin səhhəti ilə bağlı onun işi üzrə dinləməni təxirə salmışdı.

Bu məhkəmədə Saakaşviliyə qarşı mənimsə ittihamları üzrə işə baxılır.

Aclıq aksiyalarından sonra

Saakaşvilinin qohumları və tərəfdarları 54 yaşlı siyasətçinin xaricdə müalicə olunmasına imkan verilməsini tələb edirdilər.

2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Mixeil Saakaşvili oktyabrın 1-də qəflətən mühacirətdən Gürcüstana qayıtdıqdan bəri həbsxanadadır.

O bundan əvvəl vəzifə səlahiyyətlərini aşmaq ittihamı ilə qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Hazırkı məhkəmə prosesində ona qarşı 2007-ci ilin noyabrında antihökumət mitinqinin zorakılıqla dağıdılması və sərhədin qanunsuz keçilməsi ittihamları araşdırılır.

Saakaşvili özünə qarşı bütün ittihamları rədd edir və onları “qondarma” adlandırır.

Həkimləri və tərəfdarları bildirirlər ki, Saakaşvili həbsdə olduğu müddətdə iki dəfə aclıq aksiyası keçirdikdən sonra səhhəti son dərəcə pisləşib.

24 saat” “
Hökumət Saakaşvilinin mülki klinikaya köçürüləcəyini deyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button