Now Reading:
Hökumətin daha bir yalanı İFŞA OLDU – ömrümüz uzanıbsa…

Azərbaycanda gənclik yaşı 29-dur. Az24.org xəbər verir ki, gənclik yaşının 35-dən 29-a endirilməsi ilə bağlı 2007-ci ildə Milli Məclis “Gənclər siyasəti haqqında” Qanuna dəyişiklik edib. Dəyişikliyə əsasən, Azərbaycanda 14–29 yaşlarında olanlar gənc hesab edilir.

Ötən il isə Milli Məclis pensiya yaşını kişilər üçün 65 yaşa, qadınlar üçün isə 62 yaş həddinə qaldırıb. Bu dəyişiklik hələ təklif şəklində olarkən sosial şəbəklərdə vətəndaşlar narazılıqlarını bildirmişdi. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə bunu belə izah etmişdi ki, pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur: “İnsanların ömrü uzanıb. Sağlamlıqları buna imkan verir. Müəllimlər, həkimlər bizlə qırğın edirlər ki, gümrahıq, işləyə bilərik, amma siz bizi pensiyaya çıxardırsınız”.

Yəni, Hadı Rəcəbli iddia edir ki, Azərbaycanda insanların ömrü uzanıb. Bu məntiqlə, Azərbaycanda insanların orta ömür həddi artıbsa, deməli, gənclik yaşı da artmalıdır. O zaman deputatlar gənclik yaşının ən azı 10 il əvvəlki həddə – 35 yaşa qaldırılması barədə niyə düşünmür və nə üçün MM-də belə bir təklif irəli sürmürlər?
Beləliklə, aydın olur ki, Azərbaycanda pensiya yaşının artırılmasının səbəbi heç də insan ömrünün artması deyil, hökumətin insanları daha çox işlədib daha az pul vermək istəməsidir. Gəlin, Dövlət Statistika Komitəsinin (DSK-nın) 2016-cı ilə – pensiya yaşının artırılmasından əvvəlki statistikasına nəzər salaq:

Azərbaycanda yaşı 100 və daha yuxarı olan təxminən 800 nəfər var. Ölkə əhalisinin 3,9 faizinin yaşı ya 70-i haqlayıb, ya da ötüb. 60-69 yaşlı insanların sayı əhalinin 6 faizi qədərdir. Ekspertlər bildirilər ki, inkişaf etmiş ölkələrdə 65 və yuxarı yaşda əhali ümumi sayın 15-20 faizidir:

Demoqraflar isə bildir ki, Azərbaycanda orta ömür müddəti artsa belə, bu, təqaüd yaşını dərhal qaldırmağa əsas vermir. Yəni insan ölənədək işləməli deyil.

Dünya ölkələrdə üzrə qəbul edilən ümumi qaydaya görə, şəxs pensiyaya çıxdıqdan sonra ən azı 12 il yaşamalıdır. Görünən odur ki, yeni dəyişiklik bu prinsipin Azərbaycanda da qüvvədə olmasına imkan verməyəcək. Çünki rəsmi statistikaya görə, ölkəmizdə kişilərin orta ömür müddəti 72 yaş, qadınların 75 yaşdır. BMT-nin hesablamalarına görə isə Azərbaycanda orta ömür müddəti ondan da az, cəmi 70 ildir.

Dünya ölkələrinə nəzər salaq: Ukraynada kişilər pensiyaya çıxdıqdan sonra orta hesabla 6,3 il, qadınlar isə daha çox- 21,1 il yaşayır. Belarusda isə kişilər pensiyaya çıxdıqdan sonra 5,6 il, qadınlar isə 20,9 il yaşayır. Keçmiş SSRİ-dən fərqli olaraq Qərbdə və Avropada təqaüd yaşı və pensiyanın həcmi daha çoxdur. Məsələn, Polşada kişilər pensiyaya çıxdıqdan sonra 8,2 il, qadınlar isə 20,9 il yaşayır. Fransada kişilər pensiyaya çıxdıqdan sonra 19,4 il, qadınlar isə 25,4 il yaşayır. ABŞ-da minimal pensiya məbləği 733 dollardır. Kişilər pensiyaya çıxdıqdan sonra 11,9, qadınlar isə daha uzun – 16,5 il yaşayır.

Az24.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.