2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Hökumət çox çətin problemlərlə üzləşib

Iqtisadçı Rövşən Ağayev

Mart ayında Neft Fondu əvvəlki 2 ayın birgə həcmindən 2.2 dəfə çox valyuta satıb. Rüb üzrə 2.8 mlrd. USD satış olub – bunun 1.923 mlrd. USD-i marta düşüb.
Panika və tələbatın yüksək olduğunu nəzər alsaq, bel kəskin artım gözlənən idi.
Bu prosesdə mənim diqqətimi başqa məqam çəkdi. 2015-ci ildən fərqli olaraq bu dəfə Mərkəzi Bankın ehtiyatlarına toxunulmadan yalnız Neft Fondunun aktivlər istifadə edilib. Əksinə- yanvar-mart ayında MB-nin ehtiyatları 140 mln. USD-dən çox artıb. Fevralla müqayisədə martda Mərkəzi Bankın ehtiyatları cəmi 6 mln. USD azalıb. Çox kiçik rəqəmdir və ola bilər bu azalma da sırf aktivlərin yenidən dəyərləndirməsi nəticəsində məzənnə fərqinə görə yaranıb.
Halbuki təsdiqlənən büdcəni proporsional bölsək, Neft Fondu öz layihəlləri üçün ehtiyacları və dövlət büdcəsinə transfertləri nəzərə alsaq, maksimum 1.8 mlrd. USD həcmində valyutanı bazara çıxarmalı idi.
Maraqlı sual – nədən 2015-də olduğu kimi Mərkəzi Bankın da ehtiyatları bazara cəlb edilmədi, amma Fodnun rüblük büdcə öhdəliklərindən təxminən 55% çox valyuya kütləsindən istifadə edildi?
Burda ən ağlabatan bir ehtimal budur: Mərkəzi Bankın öz ehtiyatları ilə bazara çıxması monetar daralmaya səbəb olur. Çünki MB sərəncamındakı dollarıın müqabilində baazrdan manat kütləsini strelizasiya etməlidir. Hökumətsin son 3 ildə dövlət büdcəsi xərclərini 50% artırdığı şəraitdə monetar daralma iqtisadiyyatın indiki duruminda daha ağır fəsadlar yarada bilər. Daha dəqiq desək, fiskal genişlənmənin hazırkı miqyası monetar daralmanı mümkünsüz edir.
Ona görə də bazara valyutanı monetar genişləndirmə yaradan kanalla – Neft Fondu vasitəsilə çıxarırlar. Bu halda isə bazara buraxılan ehtiyatlar manat kütləsini strelizasiya etmir – əksinə iqtisadiyyatın bir neçə subyektindən (ev təsərüffatları, biznes, maliyyə institutları) alıb digər subyekti (hökumət və ya dövlət idarəetməsi) vasitəsilə büdcə kanallarından iqtisadiyyata qaytarır.
Nəticə etibarı ilə hər iki halda bazrın xarici valyuta tələbi ödənir – sadəcə MB-nin satışı monetar və fiskal daralmaya, NF-nin satışı əksinə hər iki kanalın genişlənməsinə səbəb olur.
İndi diqqətlə izləyin – valyuta bazarına satış yönümlü müdaxilənin genişlənməsi yaxın aylarda pul bazasını da artıracaq – baxmayaraq ki, hökumət inflyasiya və manata təzyiqə görə monetar daralmaya daha çox can atır. Sadəcə virusun yaratdığı ağır iqtisadi böhran və onun sosial fəsadları tələ yaradıb – həm valyuta ehtiyacını qarşılamaq, həm də büdcəni böyütmək üçün fiskal böyüməyə getməyə məhkumsan, bu da monetar genişlənmə olmadan imkansızdır. O tərəfdən isə məzənnə və inflyasiya təzyiqi başımızın üzərində.
Görək bu tələ bizə haramızdan yapışacaq….
Sual oluna bilər ki, Fond öhdəliyindən artıq satdığı manat kütləsini neynəyəcək? Manat aktivi kimi saxlayacaq, növbəti rüb büdcə qarşısında öhdəliklərinə yönəldəcək. Neft Fondu digər valyutalarda olduğu kimi manatla da aktiv saxlamaq hüququna malikdir və növbəti öhədliyin icrasına qədər saxlayacaq.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button